"İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri" adlı konfransa dəvət 10.04.2021

Hörmətli həmkarlar! 

Sizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 21-23 may tarixlərində keçirdiyi "İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri" adlı onlayn Konfransın işində fəal iştirak etməyə dəvət edirik.

İşlərinizdə uğurlar arzusuyla,

Təşkilat Komitəsi adından
İslam Mustafayev

Konfrans haqqında ətraflı  məlumat:
       

Azərbaycan Memarlıq və İnşaat Universiteti

B İ L D İ R İ Ş

 2021-ci il May ayının 21-22 tarixlərində İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri mövzusunda  Respublika Elmi-texniki  Konfransı  keçiriləcəkdir.

 Konfrans onlayn qaydada ZOOM platformasında təşkil olunacaqdır.

Konfransda  Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış risklər və onların idarə olunmasına  aid    mövzularda məruzələr müzakirə olunacaqdır:     

  1. Memarlıq abidələri və tarixi-arxeloji obyektlər üçün yaranmış risklər
  2. Hərbi əməliyyatlar və ərazilərin minalanması nəticəsində yaranmış risklər
  3. Ekoloji mənşəli təhlükəli risklər
  4. Ermənistan tərəfindən aparılan dag-mədən işlərindən yaranmış risklər
  5. Meşələrin yandırılması nəticəsində fauna və flora üçün yaranmış risklər
  6. Su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər 
  1. Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir
  2. Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri dərc olunacaqdır.  Məruzə tezisləri  həcmi -2 səhifəyədək ,  5 intervalda, 14 şriftlə (Times New Roman),  A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda   Azərbaycan dilində qəbul olunur.  Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı,  soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.
  • Tezislərin qəbulu və əlavə məlumatların verilməsi AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaqda t.ü.f.d.Aytən Əhmədova tərəfindən həyata keçirilir.

Telefonlar:  +99412-5390775 (daxili 5-30), +99450-3207816,

               E-mail: conference.2021@mail.ru, aytenaxmedova@mail.ru

Məruzə tezislərinin təqdim olunması üçün son tarix30 aprel 2021-ci il

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021