Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini Elbrus Əlizadə və “Landşaftşunaslıq və Landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi İrina Kuçinskaya
2013-cü il, sentyabrın 9-dan 13-nədək Qazaxıstanın Almatı şəhərində keçırıləcək Elmlər Akademiyalarının Beynəlxalq Assosasiyası (EABA) nəzdində Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şuranın və Rusiya Elmlər Akademiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurasının birgə sessiyasının işində iştirak etmək üçün dəvət olunmuşlar.
R.Məmmədov və E.Əlizadənin “Alp-Himalay tipli dağ geosistemlərinin təbii-dağıdıcı hadisələrin aşkara çıxarılması və xəbərdarlıq edilməsinin coğrafi əsasları“ (Azərbaycan Respublikası timsalında) mövzusunda birgə məruzəsi konfransın proqramına daxil edilmişdir. İ.Kuçinskaya da “Böyük Qafqazda landşaft-ekoloji şəraitin dəyişməsinin dinamikası” adlı məruzə ilə çıxış edəcəkdir.