"Horizon 2020" çərçivəsində növbəti sessiyalar keçiriləcək 26.09.2020

"Horizon 2020" Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün maliyyə imkanları üzrə vebinarın növbəti sessiyaları (2-ci və 3-cü sessiyalar) keçiriləcək.

2 oktyabr 2020-ci il tarixində saat 12:00-da təşkil ediləcək ikinci sessiyada Green Deal Call çərçivəsində 1-5-ci istiqamətlər, şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması üzrə ətraflı məlumat veriləcək. İştirak üçün linkdən qeydiyyatdan keçmək lazımdır.

8 oktyabr 2020-ci il tarixində saat 15:00-da keçiriləcək üçüncü sessiyada isə Green Deal Call çərçivəsində 6-10-cu istiqamətlər, şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması üzrə təlim keçiriləcək. İştirak üçün linkdən qeydiyyatdan keçmək lazımdır.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020