AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Qazaxıstan Coğrafiya İnstitutunun dəvəti ilə sentyabrın 22-dən 24-dək Qazaxıstanın Almatı şəhərinə ezam edilmişdir. Alim Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunmuş “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” Beynəlxalq elmi-praktik konfransında iştirak edəcək. |