05 Avqust 2020, Çərşənbə axşamı
“Yaşıl istedadlar 2020” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb 09.05.2020

Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) tərəfindən “Yaşıl istedadlar 2020” müsabiqəsi üçün (https://www.greentalents.de/img/content/GT_Flyer_2020_barrierefrei.pdfərizələrin qəbuluna başlanmışdır. 2009-cu ildən etibarən keçirilən müsabiqənin məqsədi davamlı inkişaf sahəsində fəal olan qabaqcıl gənc tədqiqatçı və alimlərin mükafatlandırılmasından, onların Almaniyanın müvafiq elmi-tədqiqat institutları ilə təmaslarının yaradıkması və ölkəyə elm xadimlərinin cəlb edilməsindən ibarətdir.

Namizədlər davamlı inkişafla əlaqəli olan sahə üzrə magistr/doktorantura pilləsində təhsil almalı, yaxud təhsillərini son 3 ildə bitirməli, maksimum 3 illik iş təcrübəsinə malik olmalı və ingilis dilini mükəmməl bilməlidirlər. Qaliblərin müvafiq xərcləri BMBF tərəfindən qarşılanacaq.

Müraciət edərkən onlayn ərizə forması (https://ptoutline.eu/app/greentalents2020) aidiyyəti üzrə doldurulmalı, həmçinin motivasiya və tövsiyyə məktubları, elmi kvalifikasiya(diplomlar və onların əlavələri), nəşrlər və patentlər, dil sertifikati (https://www.greentalents.de/faqs.php#who%20can%20apply?) təqdim edilməlidir.

Ərizələrin təqdim edilməsi üçün son tarix: 19 may 2020-ci ildir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020