Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə vebinarın keçirilməsi planlaşdırılır 13.05.2020

18 may 2020-ci il tarixində saat 14.00-da Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə vebinarın keçirilməsi planlaşdırılır. Vebinar Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə milli əlaqələndirici şəxs, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən AMEA Beynəlxalq Əməkdaşlıq facebook səhifəsi üzərindən həyata keçiriləcək və Program üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək. 

İştirak etmək istəyənlər 16 may 2020-ci il saat 23.00-a qədər https://docs.google.com/forms/d/e/1FAIpQLSexwSkgH0OvfDRR4ziVdHv3RVLl2lS2FpSFqVw2b7NRvX7JHA/viewform  qeydiyyatdan keçməlidirlər. 

Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edilə bilər. 

Əlaqə: Tel.: (99412) 4923446; (+99450) 9884239; (+99450) 3501425

Email: zaurmail@gmail.com  khasayeva.ayten@gmail.com 

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020