Qafqaz dağları forumu 23.11.2016
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı – direktkor, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c.e.d. Zakir Eminov, c.ü.f. doktorları Rövşən Kərimov, Etibar Bədəlov, Natəvan Cəfərova, k. e. işçilər Xədcəxanım Hüseynova, Emil Cəbrayılov, Nicat İmamverdiyev  və mühəndis Elvin Əmrahov noyabrın 27-dən dekabrın 1-dək Gürcüstanın Tiflis şəhərinə səfər edəcəklər.

Səfərin məqsədi coğrafiyaçı alimlərin Tiflis Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən  Beynəlxalq  “Qafqaz Dağları Forumu 2016”-da  iştirak və məruzələrlə çıxış etmələridir. 

 Alimlər tədbirdə  “Azərbaycanın dağlıq əraziləri üzrə aparılan tədqiqatların və sosial-iqtisadi fəaliyyətlərin problemləri və perspektivləri”, “Hündürlük qurşaqları üzrə Azərbaycan əhalisinin və yaşayış məntəqələrinin paylanmasında baş verən dəyişikliklər”, “Azərbaycanda məkan məlumatları infrastrukturunun mövcud vəziyyəti” və s. mövzularla məruzələr edəcəklər.