Akademik H.Ə.Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək 25.05.2017

İyunun 1-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Əmlak Məsələləri Dövlət Komitəsi görkəmli coğrafiyaçi-torpaqşünas alim, akademik H.Ə.Əliyevin  anadan olmasının 110 illiyinə həsr olunmuş “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.

Tədbirdə görkəmli alim, akademik Həsən Əliyevin həyatı,  elmi və ictimai fəaliyyəti, torpaq idarəçiliyində CİS-in tətbiqi, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından istifadə, Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan  istifadə, Abşeronun texnogen torpaqlarının ekocoğrafi problemləri mövzularında məruzələr dinləniləcək.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024