ArcGIS-3 proqram təminatı üzrə təlimlər keçiriləcək 09.09.2019

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə 07-18 oktyabr 2019-cu il tarixlərində Coğrafi İnformasiya Sistemləri üzrə təlimlər  (ArcGIS-3 proqram təminatı) keçiriləcək.

Məlumat üçün bildiririk ki, Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti artıq ikinci dəfədir ki, bu təlimi keçirir. Təlim Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli tərəfindən keçiriləcəkdir.

Təlimçi haqqında aşağıdakı linkdən ətraflı məlumat əldə edə bilərsiniz. 

 http://www.prof-aarasouli.com

 Sonda iştirakçılara sertifikat veriləcək.

Əlaqə: [email protected],  mob.(050)4517915