Loqo hazırlanması üçün müsabiqə elan olunur 10.05.2019

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi təşkilatın loqosunun hazırlanması üçün müsabiqə elan edir. Hər bir kəs müsabiqədə iştirak edə bilər.

Müsabiqənin qalibi 200 AZN ilə mükafatlandırılacaq.

Köməkçi yönüm: loqonun hazırlanmasında su damlası,  su mənbələri, su ambarları, içməli su, su təchizatı və s. ilə əlaqədar şəkillərdən istifadə oluna bilər.

Eskizlər iyunun 10-dək  (bir ay müddətində)  [email protected] e-mail ünvanına  göndərilməlidir.