Elmi seminarda meşə geosistemləri və demoqrafiya mövzularında məruzələr olacaq 25.02.2019

AMEA Coğrafiya İnstitutu Elmi seminarının fevralın 27-də,  saat 1100 - da keçiriləcək  növbəti iclasında c.ü.e.d. Mahmud Xəlilov  “Azərbaycanda düzən meşə geosistemlərinin antropogen transformasiyası” mövzusunda məruzə edəcək.

Seminar iştirakçıları həmçinin c.ü.f.d. Rövşən Kərimovun “Azərbaycanda demoqrafik inkişafın regional problemləri” mövzusunda məruzəsini dinləyəcəklər.