"Azərbaycanın coğrafiyaçı alimləri" 2013-09-15 13:26:00 / НОВЫЕ ИЗДАНИЯ

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Azərbaycanın coğrafiyaçı alimləri" adlı yeni kitabı çapdan çıxıb.

“Elm” nəşriyyatı tərəfindən çap edilmiş bu kitab coğrafiya elmləri namizədləri H.T Haqverdiyev, M.S.Həsənov və elmi işçı E.T.Məmmədova tərəfindən tərtib edilmişdir.

 Kitab ilk dəfə çap olunmaqla Azərbaycanın  bütün coğrafiyaçı alimlərinin elmi yaradıcılıq fəaliyyətlərinin və coğrafiya elminin inkişafındaki elmi-nəzəri fikirlərinin  elmə verdikləri töhfələrin yıqcam xülasəsinə həsr olunmuşdur. Əsərdə həmçının Azərbaycanda coğrafiya elmi sahəsində yetişmiş elmi kadr potensialının inkişaf dinamikası və müasir ekocoğrafi problemlərin həlli istiqamətlərinin təhlili verilmişdir.

    Copyright © НАНА Институт географии имени академика Гасана Алиева, 2024