Səbinə Yusifovanın dissertasiya işinin müdafiəsi keçirilib 2018-12-07 17:56:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu  Dissertasiya şurasının növbəti iclasında Səbinə Nizami qızı Yusifovanın 5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə c.ü.f.d.  elmi dərəcəsi almaq üçün "Landşaft planlaşdırılması  üsulu ilə Xızı inzibati rayonunun təbii və sosial-iqtisadi şəraitinin qiymətləndirilməsi" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.

Səbinə   Yusifovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.