Şotland tədqiqatçı Xəzərin səviyyə dəyişkənliyi araşdırıb 2018-10-05 13:35:00 / ELMİ İCLASLAR

AMEA Coğrafiya İnstitutu  Elmi seminarının növbəti iclasında müstəqil tətqiqatçı Ronni Gallager Xəzər dənizinin sahil xətlərinin müşahidəsi, yüksək dərəcədə davamlı göstəricilər şəklində istifadəsi, regional geomorfologiya, paleo fraksiyası və biologı müxtələflik baxımından onların tədbiqi və “Azərbaycan landşaftındakı antropomorfik təsvirlər və onların mümkün əhəmiyyəti” mövzusunda məruzələrlə  çıxış edib.

Cənubi Xəzərdə İV Dövrdə dəniz səviyyəsinin dəyişməsini araşdıran tədqiqatçı göstərib ki, Xəzər dənizinin u səviyyə dəyişməsinin əsas səbəbi dəniz sularının Xəzərə tökülməsidir. Bildirilib ki, bu dövrdə dəniz səviyyəsinin dəyişməsi Azərbaycanda yaşayan insanların Misirə, Misirdə yaşayanların isə Azərbaycana miqrasiyasında böyük rol oynayıb və Qobustan rəsmlərində də dəniz səviyyəsinin dəyişməsi və miqrasiya təzahürləri öz əksini tapır.