Cİ əməkdaşı biomüxtəlifliyin idarə olunması sahəsindəki təlimlərdə iştirak edib 2018-07-14 15:47:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçisi Samirə Abuşova iyulun 9–dan 11-dək  Qərbi Kaspi Universitetində  "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı idarə olunması" proqramı çərçivəsində "Ekosistem xidmətlərinin inkişaf  planına daxil edilməsi" mövzusunda təşkil olunmuş təlimlərdə iştirak edərək sertifikat alıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən proqram çərçivəsindəki  təlimlərdə Qərbi Kaspi Universitetinin ekologiya sahəsi üzrə ixtisaslaşmış müəllim və mütəxəssisləri də iştirak ediblər.

Universitetdə “Ekologiya  mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı sahəsi ilə bağlı böyük təcrübəsi olan alman şirkətlərinin iştirakı ilə ən yüksək standartlara cavab verən laboratoriyalar qurulmuşdur.