Coğrafiyaçı tələbələrə diplom təqdim olunub 2018-04-20 16:08:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin elmi işçisi Elşən Abdullayevin  tələbələri – ADNSU SABAH qruplarının tələbəsi Zaur Bayramov və BDU Coğrafiya fakültəsinin tələbəsi Ələsgər Ələsgərov 18-22 aprel tarixlərində Bakıda keçirilən XXIII İllik Tələbə və Gənc Tədqiqatçılar Konfransının Diplomuna layiq görülmüşlər.

Konfransın təşkilatçıları Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının (EAGE) Azərbaycanda nümayəndəliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir.   

Elşən Abdullayevin rəhbərliyi ilə Z.Bayramov konfransa hazırladığı  “Cənubi Xəzərdə gec Dördüncü Dövr iqliminin bərpası”, Ə. Ələsgərov isə “Gil mineralları və onların Şərqi Paratetisin Alt Miosen çöküntülərində əhəmiyyəti” adlı məruzənin aktuallığına və təqdimatın səviyyəsinə görə, uyğun olaraq, I və III yerlərə layiq görülmüşlər.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024