Elmi kitabxana

1945-ci ildən isə coğrafiya sektoru əsasında AMEA-nın Coğrafiya institutu yaradılıb. Həmin ildən də institutun tərkibində elmi kitabxana təşkil olunub və bura  keçmiş Sovet Ittifaqının müxtəlif şəhərlərindən  coğrafiya elminə dair müxtəlif ədəbiyyatlar toplanıb.

Coğrafiya institutunun kitabxanası iki böyük zaldan ibarətdir. Birinci zalda oxu zalı təşkil olunmuşdur. Zalda təzə kitabların sərgisi, dövrü mətbuatlar, jurnallar, ensiklopediyalar  mövcuddur.  İkinci böyük zalda kitabxananın ümumi fondu, rus, Azərbaycan və digər xarici dillərdə olan ədəbiyyatlar yerləşir.

Kitabxananın 370 oxucusu var. Bunlardan 220-si elmi işçilərdir. Digərləri isə müxtəlif  institutlardandır. İnstitut kitabxanasının digər kitabxanalarla - M.F.Axundov adına kitabxana,  Geologiya İnstitunun kitabxanası, Mərkəzi Elmi Kitabxana və s. ilə geniş əlaqəsi  vardır.

Fondda saxlanılan kitabların sayı 56000-dir. Həmçinin, kitabxana fondunda institutun arxivi yerləşir. Kitabxanada muxtəlif tədbirlər,o cümlədən, görkəmli alimlərin yubileyləri, konfranslar təşkil olunur. 

Müasir tələblərə uyğun olaraq kitabxananın fondunda saxlanılan ədəbiyyatın elektron kataloqu və elektron kitabxanası yaradılır.  Bi iş kitabxananın ümumi fondunda olan coğrafiya  üzrə müxtəlif mövzulara dair saxlanılan kitablardan istifadəni asanlaşdırmaq məqsədilə aparılır.  Elektron kataloqun yaradılması Mərkəzi Elmi kitabxanada istifadə olunan avtomatlaşdırılmış kitabxana –informasiya sistemi vasitəsilə həyata keçirilir. Kitabxanada bu günə qədər 17 min kitab yeni standartlar əsasında işlənmiş və elektron kataloqun bazasına daxil edilmişdir. 

Kitabxananın üç ali təhsilli işçisi vardır. Kitabxana müdiri - Məmmədova Ş.Ə., baş kitabxanaçı  Cəfərova M.S., kitabxanaçı Mütəllimova N.F.

Kitabların siyahısını yüklə

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024