“Sudan İstifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin iclası keçiriləcək 05.02.2019

Fevralın 7-də,  saat 1500-da,  Coğrafiya İnstitutunun akt zalında  “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçiriləcək.

İclasda Akademik Ramiz Məmmədov və c.e.d., prof. Fərda İmanov:  “Azərbaycanda hidroloji tədqiqatların müasir vəziyyəti və perspektivləri” mövzusunda məruzə dinləniləcək və  eləcə də digər məsələlərə baxılacaq.