COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Dekabr 2012 > >>
Bz Çr Çr Cm Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 21 22 23
24 25 26 27 28 29 30
31            

Məmmədov Ramiz Mahmud oğlu

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədov Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alimdir, 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, 1 coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəllifidr.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmiş, 1973-cü ildə  Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində işə başlamışdır. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar  ayında Moskva Okeanologiya İnstitunun Dissertasiya Şurasında «Okeonologiya» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi  elmi adını almışdır. 1995-cı ildə „Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri“ mövzusunda   doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə «Coğrafiya» ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

R.M.Məmmədovun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına və ümumiyyətlə, Xəzərin ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də onun əsas tədqiqat istiqamətlərindəndir.

Onun məqalə və kitablarının xeyli hissəsi xaricdə,  bu sahədə dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında dərc olunmuşdur. O, 40-a qədər ölkədə keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir, BMT, YUNESCO, Avropa Birliyi və s. beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

1973-cü ildən AMEA-nın Coğrafiya İnstitutunda işləyir: 1994-cü ildən elmi işlər üzrə direktor müavini, 2012-ci ildən direktordur.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən  həmmüəllifi olduğu "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə  elm sahəsi  üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

 

Elmi tədqiqat sahələri: Xəzər dənizinin hidrometeorologiyası, hidrofizikası və ekologiyası, səviyyə problemi, Azərbaycanda səhralaşma problemi, landşaft planlaşdırılması.

R.M.Məmmədovun AMEA-nın ən mühüm nəticələr siyahısına daxil olmuş işləri:

1991 -  1. İlk dəfə «Azərbaycanın Konstruktiv Coğrafiyası» (1-ci hissə)  monoqrafik əsəri yazılmışdır. Bu əsərdə Azərbaycan Respukblikasının təbii şəraiti, ehtiyatları, ekoloji-coğrafi problemləri və ətraf mühitin mühafizə məsələləri öz əksini tapmış,  onların elmi-nəzəri, eləcə də praktiki əhəmiyyəti qabarıq şəkildə izah edilmişdir (Birgə müəlliflər: B.Ə.Budaqov, N.Ş.Şirinov, Ə.C.Əyyubov, Ə.V.Məmmədov).

1993 -   2. İlk dəfə olaraq külək sürətinin sahildə sabit verildiyi hal üçün dəniz səthinin və atmosferin dənizə yaxın qatlarının dinamik xarakteristikalarını (küləyin dənizdə qeyd olunmuş sürəti u (x, y, z, t)  müqavimət ( Cu)  və kələkötürlük ( Zo), hərəkət miqdarı seli ( mu) təyin etmək üçün fiziki-riyazi model tərtib olunmuşdur (Birgə müəllif: A.İ.Hümbətov).

           3. İlk dəfə Xəzər dənizi  səviyyəsi tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək  dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir (Birgə müəllif: A.İ.Hümbətov).

1994 -  4. Orta Xəzərin qərb hissəsinin sahil zonası üçün çirkləndiricilərin keyfiyyət və kəmiyyət səciyyəsinin dinamikası öyrənilmiş, turbulent diffuziya tənliyinin köməyi ilə müəllif  hidrometeroloji hallar üçün onların yayılmasının proqnozunu vermişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova).

1995   -  5. İlk dəfə olaraq Xəzər dənizinin Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış, küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahil  konfiqurasiyası nəzərə alınaraq çirkləndiricilərin yayılma proqnozu verilmişdir. (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova).

 1996  -   6. İlk dəfə olaraq Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış və  küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahilin konfiqurasiyası nəzərə alınmaqla çirkləndiricilərin yayılma proqnozu verilmişdir.

1998   -  7. İlk dəfə olaraq, axırıncı qalxma dövrü üçün, atmosfer dövranları makroformullarının təkrarlanması ilə (W, E, C) Xəzər dənizi səviyyəsinin dəyişmələri arasında yüksək əlaqə olduğu aşkar olunmuş, onların korrelyasiya əmsalları hazırlanmış və reqressiya tənlikləri qurulmuşdur (Birgə müəllif: Y.Hadıyev).

                 8. İlk dəfə olaraq Xəzər dənizində  buxarlanmanı təyin edən hidrometeoroloji parametrlərin ortalaşdırılması xətaları  tədqiq edilmiş, onların məkan-zaman dəyişkənliyi və səviyyə tərəddüdləri ilə əlaqələri öyrənilmişdir. Dəniz səthindən buxarlanma intensivliyinin zaman spektrində illik, mövsümü və aylıq maksimumlar aşkar edilmişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Əhmədov, A.İ.Hümbətov).

1999    -  9. İlk dəfə elektron-tematik xəritələr əsasında Xəzər dənizinin 250  xəritədən ibarət kompleks coğrafi Atlası tərtib olunmuşdur. Redaktorlar: akad.A.Əlizadə, akad.B.Budaqov.

2001   -  10. İlk dəfə olaraq Azərbaycanın Xəzərətrafı regionlarında müxtəlif dövrlərin (son 20 il) aerokosmik şəkillərinin deşifrlənməsi ilə  aparılan tədqiqatlar nəticəsində təbii antropogen amillərin təsiri ilə  səhralaşma prosesinin sürətlənməsi aşkar olunmuşdur ki,  bu da torpaq örtüyünün şoranlaşması  deflyasiyası proseslərini gücləndirmiş, yeni şoranlıqların meydana gəlməsinə, qumların hərəkət sürətinin fəallaşmasına və bitki örtüyünün qalofitizasiyası prosesnin güclənməsinə səbəb olmuşdur. Tədqiqatlar nəticəsində səhralaşma prosesinin sürətlənməsinə qarşı  bir sıra mübarizə tədbirləri işlənib hazırlanmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, S.Quliyeva, . X.R.İsmətova).

                  11. İlk dəfə нeni metodika və texnologiya əsasında rəqəmli kosmik şəkillərdən istifadə etməklə (LANDŞAFT-aprel 2000) Abşeron yarımadasının səhralaşmanın növü, dərəcəsi, torpaq istifadəsi və 2010-cu il üçün landşaftların səhralaşma riski (proqnozu) xəritələri ( 1:1 00000 miqyaslı) tərtib olunmuşdur. 1984-2000-ci il müddətində tədqiqat aparılan rayonda güclü və çox güclü səhralaşmaya məruz qalan ərazilərin sahəsi antropogen və Xəzər dənizinin səviyyəsinin qalxması ( qrunt sularının səviyyəsinin qalxması, bataqlaşma, şorlaşma) amillərinin təsiri nəticəsində 450 kv km-ə qədər artmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, X.R.İsmətova).

2004  -   12. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitin tədqiqi. İlk dəfə olaraq Xəzər dənizində çirkləndiricilərin müxtəlif hidrometeoroloji şəraitdə yayılmasının kompleks fiziki-coğrafi modeli işlənmişdir. Bu model artıq neft ləkələrinin sərhədlərarası yayılması proqnozlaşdırılmasında tətbiq edilmişdir.

2005   -  13. Xəzər dənizi regionunda atmosferin yerüstü dövranlar dəyişməsinin qanunauyğunluqlarının tədqiqi əsasında, xəzər səviyyəsinin müasir dəyişmələrində, payız-qış müddətində, zonal istiqamətli küləklərin sürətinin modulunun statistik əhəmiyyətli azaldığı və bunun nəticəsində regionda buxarlanmanın intensivliyinin zəiflədiyi müəyyən edilmişdir (Birgə müəllif: Q.Panin (RAN).

2006    -  14. İlk dəfə olaraq drifterlər vasitəsilə (laqranş təsviri) yerin süni peyklərindən Xəzər dənizinin axınlar sistemi öyrənilmiş və indiyə qədər mövcud olan axın sxemlərinin həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur (Birgə müəlliflər: E.Özsoy (Türkiyə), Q.Karatayev (Ukrayina).

2007   -   15. Xəzər dənizi səviyyəsinin  qalxmasının sahil zonasındakı sosial-iqtisadi və ekoloji nəticələrini qiymətləndirmək üçün universal metodika işlənmişdir. Azərbaycan sahillərinin həssas hissələri  müəyyənləşdirilmiş, işlənmiş metodika bu ərazilərə tətbiq olunmuşdur. Sahil zonasının idarəçiliyi üçün  strategiya hazırlanmış, onun mühafizəsi üçün elmi əsaslı təkliflər verilmişdir.

2008    -   16. İlk dəfə Şirvan Milli Parkı və onun ətraf ərazilərində  landşaft planlaşdırılması aparılmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri işlənilmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyası hazırlanmışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələri (cəmi 16) tərtib olunmuşdur.

2009    -  17. İlk dəfə Azərbaycan coğrafiya elmində Landşaft Planlaşdıtılmasına (LP) aid monoqrafiya yazılmış, Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Kitablarda LP-nin konsepsiyası,  mahiyyəti, məzmunu, məqsədləri və metodları təqdim olunur, onun icra mərhələləri, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri, konsepsiyaları, xəritələrin tərtib olunmasının yeni texnologiyası verilir. Kitabda verilən metodika Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planlaşdırılmasında tətbiq olunur.

R.M.Məmmədovun son 10 ildə beynəlxalq təşkilatlarin qrantlari əsasinda həyata keçirdiyi layihələr:

2009  -  1. Xəzər dənizinin ətraf mühiti və sənayesi haqqında informasiya xidmətinin yaradılması. Layinəni verən: Avropa İttifaqının Çərçivə Proqramı - 7. İcra müddəti: 2009-2010-cu illər.Qrup rəhbəri.

2. İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi: model tədqiqatları. Layihəni verənlər: ABŞ-ın Mülki Tədqiqtalar və İnkişaf Fondu, Azərbaycanın Milli Elm Fondu. İcra müddəti: 2008-2009-cu illər. Layihə direktoru.

3. Xəzər dənizi ekosisteminin fənnlərarası analizi (MACE). Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 2006-2009-cu illər.Tərəfdaş ölkələr tərəfindən layihənin direkroru.

2008  - 4. Landsat süni peykinin məlumatlarının emalı nəticəsində dəniz səthinin məsafədən deteksiya olunması. Layihəni verən: Lukoyl şirtkəti. İcra müddəti: 2008-ci il. Layihə direktoru.

5. Cənubi Qafqazda Landşaft Planlaşdırılması. Layihəni verən: Berlin Texniki Universiteti, Almaniyanın Federal Təbiəti Mühafizə Cəmiyyəti. İcra müddəti: 2007-2008-ci illər. Layihə direktoru.

6. Peyk altimetriyasının sahil regionlarına tətbiqi və tədqiqi (ALTICORE). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

7. Müxtəlif müşahidə vasitələrindən (məsafədən və yerdən) istifadə etməklə neft ləkələrinin monitorinqi: multi-sensor, multi platforma yanaşmaları (MOPED). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

2006  - 8. Ekoloji biliklərin artırılması və ekoloji təhsil mərkəzinin yaradılması. Layihəni verən: Avropa İttifaqı, Qafqaz Regional Ekoloji Mərkəzi. İcra müddəti: 2006-cı il. Layihə direktoru.

9. Xəzər dənizi səviyyəsi dəyişməsinin peyk altimetriyası vasitəsi ilə tədqiqi. Layihəni verən: Fransanın Milli  Elmi Tədqiqatlar Mərkəzi – ECO/NET proqramı. İcra müddəti: 2005-2006-cı illər. Layihə direktoru.

2004  -  10. Ətraf mühitin proqnozlaşdırılması üçün müşahidə sisteminin təşkili. Layihəni verən: NATO Müasir Cəmiyyətin Problemləri Komitəsi. İcra müddəti: 2004-cü il. Qrup rəhbəri.

11. Xəzər dənizində Neft ləkələrinin və qazokondenastın qəza hallarında neft platforması və borudan dağılmasının modelləşdirilməsi. Layihəni verən: BP şirkəti. İcra müddəti: 2004-cü il. Layihə direktoru.

2002  -  12. Azərbaycan Respublikasında iqlim dəyişmələri. Layihəni verən: Global Ekoloji Fond/UNDP. İcra nüddəti: 2002-ci il. Qrup rəhbəri.   

13. Müxtəlif hidrometeoroloji şəraitdə Xəzər dənizində neft ləkələrinin yayılmasının modelləşdirilməsi. Layihəni verən: Exon/mobile şirkəti. İcra müddəti: 2002-ci il. Layihə direktoru. 

2001  - 14. Ətraf mühit, informasiya mərkəzləri və xidmətləri üçün Xəzər elmi şəbəkəsinin işlənilməsi. Layihəni verən: Avropa İttifaqı Çərçivə Proqramı – 6. Copernikus-2. İcra müddəti 2000-2001-ci illər. Qrup rəhbəri.

15. Xəzər dənizində müxtəlif hidrometeroloji şəraitdə çirkləndiricilərin transsərhəd yayılmasının fiziki-coğrafi modeli. Layihəni verən: ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu. Kooperativ qrant proqramı. İcra müddəti: 2000-2001-ci illər. Layihənin direktoru.

2000  - 16. Xəzər dənizi səviyyəsinin qalxmasının ətraf regionların səhralaşma prosesinə təsiri. Layihəni verən: Avropa İttifaqı, TACİS proqramı. İcra müddəti: 1999-2000-ci illər. Layihə direktoru.

1999  -  17. Mayami Universiteti, Rozental adına dəniz və atmosfer elmləri mərkəzinə üç aylıq ezamiyyət. Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 1999-cu il. Layihə direkroru.

18. Azərbaycanda iqlim dəyişmələri, milli hesabat. Layihəni verən: Dünya Bankı, Azərbaycan Hidrometeorologiya Komitəsi. İcra müddəti: 1999-cu il. Qrup rəhbəri.

1998  -  19. Bakı Buxtasının təmizlənməsi. Layihəni verən: IWACO, Niderland. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

20. Xəzər dənizi üzrə metaməlumatlar bazasının yaradılması. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

21. Xəzər dənizinin transsərhəd diaqnostik analizi. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

22. Xəzər dənizinin sahil zonasında axınların monitorinqi. Layihəni verən: BP/AMOCO alyansı. İcra müddəti: 1998-ci il. Layihənin direktoru.

23. İqlim dəyişmələrinin Azərbaycanda təzahürləri. Layihəni verən: Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Azərbaycan Dövlət Ekologiya Komitəsi.

 Məqalələri  (seçilmiş)

1. Экспериментальное исследование диффузии струй пассивной примеси в поверхностном слое моря // Океанология. 1976,т. 16. №8, с. 990-994. (Соавтор: Журбас В.М).

2. Оценка параметров турбулентности в Каспийском море по данным инструментальных наблюдений над течениями // Изв. АН Азерб. ССР серия Наук о Земле. 1983,№6. с. 97-104.

3. Влияние физико-океанографических факторов на распространение сточных вод в  прибрежной зоне Апшеронского полуострова // Изв. АН Азерб. ССР. серия Наук о Земле. №6. с. 93-100. (Соавторы:Гумбатов А.И., Агаларова Н.М., Халилов А.И.).

4. Long-term prognosis of the Caspian Sea-level // Regional Workshop on Coastal Zone           Management. Chabahar. İslamicRepublicIran. 1996 (with Humbatov A.I.)

5. Impact climate anomalies on the level of the Caspian Sea // The Second International Symposium On “Climate and Water”. 1998, Espoo. Finland. p. 972-980. (with Hadiyev Y. and Kulizade L.).

6. Prediction of the Oil Transport and Dispersal in the Caspian Sea Resulting from a Continuous   Release // Spill Science & Technology bulletin. 2000, Vol. 6. No 5/6. p. 323-339 (with Mooers N. K., Korotenko K.A.).

7. Моделирование процесса формирования температурной аномалии в прибрежной зоне Каспийского моря // Океанология. 2000, т.40. №4. с. 500-508. (Cоавтор: Коротенко К.А.).

8. Caspian Sea Level and Ecological problems // International Symposium on the Problems of the RegionalSeas. 2001, Istanbul-Turkey. p.1-11.

9. Prediction of the Transport and dispersal of Oil in the South Caspian Sea Resulting from Blowouts // J. Environmental Fluid Mechanics 1. Kluwer Academic Publishers. 2002, p. 383–414. (with Korotenko K.A. and Mooers C.N. K.).

10. Transboundary water problems in the Kura – Araks basin // NATO Advanced Research Workshop “Transboundary water resources: strategies for regional security and ecological stability. Novosibirsk. 2003, p. 93-108. (with Mansimov M.R., Ismatova Kh.R.).

12. Particle tracking method in the approach for prediction of oil slick transport in the sea: modelling oil pollution resulting from river input // J. Marine Systems. 2003, 48. p. 159-170. (with Korotonke K.A.).

13. Remote sensing data and GIS technology application far analyze of natural and social-economical characteristics of Azerbaijan offshore zone // Science without borders. Transactions of the InternationalAcademy of Sciences H&E, 2005, Vol. 2. p.191-200. (with Mekhtiyev A.Sh., Ismatova Kh. R., Budaqov B.A.).

14. Dynamics of processes desertification in east part of the AzerbaijanRepublic // NATO Advanced Research Workshop. Bishkek. 2006. p.38-41. (with Ismatova KH.R, Mikailov A.A., Mansimov M.R.).

15. Assessment of anthropogenic loads on landscapes as a tool to determine the potential for sustainable regional development: case study from Azerbaijan // Environment, Development and Sustainability. Springer. 2007, v.9. No.2. p. 131-142. (with Mustafayev B.N.).

16. Integrated water resources management for seven selected wetlands in Urmia lake basin  // ANA of Sciences. Proceedings the Sciences of Earth. 2009, No1. p. 80-88. (With Bagherzadeh K. M.).

17. Современные изменения режима атмосферных осадков на территории Азербайджана // География и природные ресурсы. Новосибирск. 2009, № 4. (Соавторы: Сафаров С.Г., Сафаров Э.С.).

19. Landscape planning in South Caucasus // Tbilisi. 180 p. (with Elizbarashvili N., Sayadyan O.).

 

Kitabları  (seçilmişlər):

1. Изменчивость гидрофизических полей и распространение загрязнителей в Каспийском море // Баку. 2000, Изд. «Элм». 185 с.

2. Современное состояние Каспийского моря // Изд. Наука. Москва. 2005, 354 с. (Соавторы: Панин Г.Н., Митрофанов И.В.).

3. Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря // Изд. «Елм». 2007, Баку. 454 с.

4. География катастроф и риска (зоны влажных субтропиков Кавказско-Понтийского региона) // Тбилиси. 2007, 358 с. (Соавторы: Бондырев И.В., Таварткиладзе А.М., Литвинская С.А.).

5. Антропогенная трансформация природной среды Южного Кавказа // Тбилиси. 2008, 450 с. (Совторы: Бондырев И.В., Таварткиладзе А.М).

 6. Azərbaycanda Landaşft  Planlaşdırılması  (ilk təcrübə və tətbiq) R.M.Məmmədov. Bakı, 2009.

 7. Piloting Landscape Planning in the  Countries of the Southern Caucasus. Hovik Sayadyan, Nodar Elizbarishvili, Ramiz Mammadov, Michael Garforth, Baku, Tbilisi, Yerevan, 2009.

 

Atlas:

 “Xəzər dənizinin hidrometeoroloji atlası” - 2014

ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .
7.12.2016. Dekabrın 7-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında c.ü.f.d. Əliyev Ənvərin
Daha ətraflı . . .
Dekabrın 2-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Cəfərova Firuzə
Daha ətraflı . . .
Noyabrın 25-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasında ilk dəfə olaraq tibbi coğrafiya istiqamətində Solmaz İsaq qızı Rzayevanın
Daha ətraflı . . .