COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
6 7 8 9 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28          

08.02.2017.

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.

İlk əvvəl İnstitut rəhbəri R.Məmədov 70 illik yubileyi münasibətilə Paleocoğrafiya şöbəsinin elmi işçisi Əliyar

Əliyevi kollektiv adından təbrik edib, ona şəxsi həyatında və elmi fəaliyyətində uğurlar arzu edib.

Sonra c.ü.f.d. Seymur Məmmədov qrant layihəsi çərçivəsində “Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modelinin yaradılması” mövzusunda apardığı tədqiqat işi haqqında hesabat məruzəsi ilə çıxış edib.  Tədqiqatçı  Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlilini aparmış, kosmik radar məlumatları əsasında tədqiqat ərazisi relyefinin rəqəmsal modelini hazırlamış, 1:50 000 miqyasında rəqəmsal geomorfoloji xəritə, bir sıra morfometrik xəritələr və Böyük Bakı ərazisinin sürüşmə təhlükəliyi xəritəsini tərtib etmişdir.

Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunmuş və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılmışdır. Bunun əsasında tədqiqat ərazisində potensial sürüşmə təhlükəsi olan ərazilər də ayrılmışdır. Müəyyən edilmişdir ki, sürüşmə proseslərinin yaranmasında təbii amillər rol oynasa da, onların fəallaşmasında və dağıdıcı miqyas almasında əsas rol antropogen amillərin üzərinə düşür. Bundan əlavə, ərazidə yayılmış eroziya prosesləri, xüsusilə də, yarğan eroziyası ətraflı təhlil olunmuşdur.

Sonda məruzəçi tədqiqat ərazində geomorfoloji təhlükələr haqqında çıxış edərək, şəhər planlaşdırılması haqqında məlumat verib.

Mövzunun praktik əhəmiyyəti  nəzərə alınaraq, tədqiqat işi nəticələrinin maraqlı təşkilatlara -  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və  Bakı Şəhər İcra Hakimiyyətinə   göndərilməsi, eləcə də ingilis dilinə tərcümə edərək xarici elmi jurnalların birində çap etdirilməsi akademik R.Məmmədov tərəfindən tövsiyə olunub.

İkinci qrant layihəsi üzrə dinlənilən hesabat məruzəsi c.ü.f.d. Samirə Ələkbərovanın “Selli çay hövzələrinin landşaft planlaşdırılması məqsədilə landşaft geomorfoloji modelləşdirilməsi (Kişçay-Dəmiraparançay hövzəsi timsalında)” mövzusunda olub.  Qeyd edilib ki, tədqiqat işində  Kişçay-Dəmiraparançay arası ərazilərdə təhlükəli geomorfoloji proseslərin yayılma və intensivlik xarakterinin CİS-təhlili aparılmış, CİS texnologiyaları əsasında irimiqyaslı landşaft-geomorfoloji xəritələr tərtib edilmiş, son illərin rəqəmsal kosmik şəkillərinin deşifrlənməsi nəticəsində əldə olunmuş məlumatlar əsasında ərazidə gedən ekzodinamiki proseslər, xüsusilə sel əmələgəlməsi, inkişafı və təhlükəliliyi qiymətləndirilmişdir.  Eyni zamanda, təhlükəli geomorfoloji proseslərin (sel, sürüşmə, uçqun və s.) təbii təsərrüfat sistemlərinə, yaşayış məntəqələrinə və əhaliyə vurduğu iqtisadi zərər müəyyənləşdirilmiş, ərazi geosistemləri üçün çərçivə landşaft planı tərtib olunmuşdur.

Hər iki hesabat məruzəsi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və bu mövzu ilə AMEA-nın Yer Elmləri Bölməsinin yığıncağında da məruzə edilməsi müəlliflərə tövsiyə olunub.

 

ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .
7.12.2016. Dekabrın 7-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında c.ü.f.d. Əliyev Ənvərin
Daha ətraflı . . .
Dekabrın 2-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Cəfərova Firuzə
Daha ətraflı . . .
Noyabrın 25-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasında ilk dəfə olaraq tibbi coğrafiya istiqamətində Solmaz İsaq qızı Rzayevanın
Daha ətraflı . . .