COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < May 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
1 2 3 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

4.05.2017.

2017-ci il 2-5 may tarixlərində  Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C. Ege Üniversitəsi Ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir.

Tədbirin birinci günü, mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  (DİA) Azərbaycanın xarici siyasətinin prioritetləri, Azərbaycan və Türkiyə coğrafiyasında aparılan elmi tədqiqatların istiqamətləri və s. haqqında söhbətlər edilib, fikir mübadiləsi və müzakirələr aparılıb. Nahar fasiləsindən sonra “Əlaqələrin genişləndirilməsi və coğrafi yanaşmalar” mövzusunda Dəyirmi masa keçirilib. Daha sonra qonaqlar tanışlıq məqsədilə şəhəri gəzməyə çıxıblar.

Mayın 3-də tədbir Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında elmi məruzə və müzakirələrlə öz işini davam etdirib.

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qonaqları salamlayaraq Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri münasibətilə iştirakçıları təbrik edib, bu tədbirin gələcək birgə fəaliyyət, elmi tədqiqatlar üçün bir stimul, başlanğıc olduğunu vurğulayıb. R.Məmmədov bildirib ki, “Türk dünyası coğrafiyası institutu” yaratmaq görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun ən böyük arzularından biri olub. Türk dünyası isə çox böyük məkandır, burada yeni söz deməyə, fəaliyyət göstərməyə geniş imkanlar var. Akademik hər iki tərəfin coğrafiyaçılarını  birgə fəaliyyət üçün aktiv olaraq əmək sərf etməyə dəvət edib.

Prof. Dr. Ertuğ Önər qardaş ölkəyə gəlməkdən məmnun olduğunu söyləyib və tədbirin yaxşı səviyyədə təşkilinə görə razılığını bildirib, əməkdaşı olduğu T.C. Ege Üniversitəsinin  coğrafiya sahəsindəki fəaliyyətindən söhbət açıb.

Tədbirin  keçirilməsində yaxından iştirakı olan, DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor Cingiz İsmayılov son illərdə Azərbaycanda və Türkiyədə coğrafiyanın vəziyyəti  haqqında danışıb, birgə əməkdaşlığın hər iki ölkə coğrafiyasının inkişafına böyük təkan verəcəyini qeyd edib.

Sonra Proqrama uyğun olaraq elmi məruzələrə başlanılıb.  “Türkiyənin Egey və Ağdəniz sahillərində paleocoğrafi – arxeoloji araşdırmalar”, “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində təzahürləri”, “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti...”, “Türkiyənin miqrasiya sistemində dəyişən mövqeyi...”, “...Türkiyə və yaşam tərzi”,  “Türkiyədə tibbi coğrafi araşdırmalar”, “Yaradıcı turizm və Türkiyə”,  “Azərbaycan Cumhuriyyəti: coğrafi durum və geopolitik davranışlar” və s. mövzularda maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

İclasdan sonra iştirakçılar Bakı turuna çıxıblar.

Mayın 4-də tədbir iştirakçıları Böyük Qafqazın cənub-şərq yamacına - Şamaxı rayonuna, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səyahət edəcəklər.

Ertəsi gün, mayın 5-də Qobustan Dövlət Tarix-Bədii Qoruğunda təşkil olunacaq görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi olunacaqdır.

 

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .