COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < May 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

27.04.2017

Aprelin  27-də AR Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri keçirməkdə əsas məqsəd regionlarda turizmin inkişafı ilə bağlı  gənc nəsildə səyahətə,  gəzinti və ekskursiya  yay-turizminə olan marağı artırmaqdır.

Dəyirmi masada Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri və digər nümayəndələri, Coğrafiya İnstitutunun  alim və mütəxəssisləri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları, orta ümumtəhsil məktəblərinin coğrafiya müəllimləri, KİV nümayəndələri və s. iştirak ediblər.

Tədbirin aparıcısı, Cİ-nin Turizm və rekreasiya coğrafiyası  şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent  Zaur İmrani iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlərlə tanış edib. “Azərbaycan regionlarının dayanıqlı inkişafında turizm təsərrüfatının əmək formalaşmasında təsiri” adlı məruzəsində şöbə müdiri qeyri-neft sahələrinin inkişafı haqqında qəbul edilən Dövlət Proqramını xüsusi qeyd edərək turizmin son illər ən çox inkişaf edən və gəlirli sahələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, son üç ayda respublikaya 120 minə yaxın turist axını olub ki, bunun da nəticəsində 2 milyard 100 min  manat gəlir əldə olunub. Z.İmrani onu da qeyd edib ki, şöbə əməkdaşları Fövqəladə Hallar Nazirliyi ilə birlikdə  səfər zamanı gözlənilməz, fövqəladə vəziyyətlərdə alınan coğrafi biliklər sayəsində uşaq və gənclər üçün  yardımçı rolunu oynaya biləcək  “Məktəbli ensiklopediyası” adlı vəsait hazırlayıb nəşr etdirmişlər.

Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Nəriman Paşayev “Azərbaycanda turizmin   müasir inkişaf  problemləri” mövzusunda məruzə ilə çıxış edərək turizmin inkişafına təsir edən müsbət və mənfi amillərdən danışıb. Coğrafiya İnstitutunda turizmin inkişafı istiqamətində tədqiqatlar apardığını vurğulayan məruzəçi dövlət Başçısı İlham Əliyevin ölkəmizdə bu sahəyə xüsusi diqqət ayırdığını  diqqətə çatdırıb. Belə ki, son 2 ildə turizmin inkişafına 5 milyondan artıq vəsait ayrılıb, hər il 20-30 müasir tipli mehmanxana istifadəyə verilir.

Sonra Cİ-nin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Günəş Ağakişiyeva “Turizmin davamlı inkişaf problemləri” başlığı altında turizmin növləri, funksiyaları, spesifik xüsusiyyətləri və s. haqda məruzə edib.   Cİ-nin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov elmlə təhsilin vəhdəti istiqamətində məktəblilərlə keçirdiyi görüşlərdən söhbət açıb, vətəni tanımaq və sevmək üçün ekskursiyaların, səfərlərin təşkilindən, bu məqsədlə də uşaq və gənclərin coğrafi biliklərə yiyələnməsinin vacibliyindən danışıb.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə “Uşaq-gənclərin turizminin inkişafında müasir tələblər və yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək görülən işlər barədə geniş məlumat verib. BDU-nun coğrafiya fakültəsinin müəllimi, c.ü.f.d.  Vüqar Dərgahov,  Respublika Gənc Turistlər və Diyarşunaslıq Mərkəzinin əməkdaşı Alik Məmmədov, 5 saylı orta məktəbin coğrafiya müəllimi Nənəxanım Mədətova, BDU-nun coğrafiya fakültəsinin tələbəsi Leyla Hüseynova və başqaları da maraqlı təqdimatlarla çıxış ediblər. Onlar turizmin inkişafı, ölkəmizin ərazisinin, təbiətinin və mədəniyyətinin  uşaqlara və gənclərə tanıdılmasında və ona doğma münasibətin aşılanmasında coğrafiya fənninin və coğrafi bilgilərin rolundan danışıblar.

Təhsil Nazirliyinin informasiya şöbəsinin koordinatoru Elçin Sərdarov məruzəsində 160 saylı məktəbdə və digər təhsil ocaqlarında Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun coğrafiya mövzusunda məktəblilər üçün keçirdiyi maraqlı ustad dərsləri qeyd edib.

Görüşün sonunda Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müdir müavini Səlimə Allahverdiyeva tədbirdən razılığını bildirərək, belə  görüşlərin, forumların tez-tez keçiriləcəyinin vacib olduğunu nəzərə çarpdırıb.

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .