COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Mart 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 30 31    
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

29.03.2017

Martın 29-da Azərbaycan coğrafiya elminin inkişafında böyük xidmətləri olan, Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş “Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər”  mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik  Ramiz Məmmədov alimin həyatı, onun elmi, pedaqoji  və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Elbrus Əlizadə coğrafiya elminin əsil cəfakeşi, tədqiqatçısı kimi tanınırdı. O, haqlı olaraq, görkəmli akademiklər H.Ə.Əliyev və B.Ə.Budaqovun, professorlar M.A.Müseyibov, N.Ş.Şirinov, A.A.Mikayılovun çox layiqli davamçısı hesab edilirdi. Onun həyat  yoluna nəzər saldıqda inanmaq olmurdu ki, bir adam bu qədər işin öhdəsindən gələ bilər. E.Əlizadə tədris etdiyi fənlərin ən mürəkkəb məsələlərini sadə dillə, tələbələrin bilik səviyyəsinə uyğun izah etməklə öz yetirmələrinin sevimlisinə çevrilmişdi. O, tələbələrini həvəsləndirir, elmə həvəsi olanları elmlər akademiyasına dəvət edir, elmi-tədqiqat işlərinə istiqamətləndirirdi. İnstitut rəhbəri E.Əlizadənin qısa, lakin mənalı, zəhmət dolu həyatının hər bir gənc üçün nümunə ola biləcəyini qeyd edib, lakin belə tez həyatdan köçməsinə kədərlə təəssüfləndiyini bildirib.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək Elbrus Əlizadənin çox səmimi, sözünə və əməlinə sadiq, yüksək savada, ensiklopedik biliyə malik bir insan olduğunu diqqətə çatdırıb. Bildirilib ki, günün istənilən vaxtında ona müraciət edilirdisə, həmin andaca məsələ öz həllini tapırdı.  Bütün bu xüsusiyyətlər Elbrus müəllimi Yer Elmləri Bölməsinin sevimli və savadlı üzvünə çevirmişdi. E.Əlizadə AMEA-nın müxbir üzvü seçilərkən büro üzvlərinin hamısı onun ona müsbət səs vermişdilər. Deməli, o hələ müxbir üzv olmaqdan əvvəl də böyük elmi nüfuza malik idi.

E.Əlizadənin rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən onun 60 illik yubileyinə sürpriz kimi nəzərdə tutulmuş, lakin ölümündən sonra xatirəsinə ithaf olunmuş videofilm  nümayiş olunub.  

Sonra c.ü.f.d., dosent Mirnuh İsmayılov professor E.K.Əlizadənin elmi-tədqiqat işlərinin əsas istiqamətləri və nəticələri haqqında məruzə ilə çıxış edib. Qeyd edib ki, E.Əlizadə coğrafiya elminin ən perspektivli istiqamətlərindən biri olan dağlıq ərazilər  relyefinin kosmik şəkillərin  deşifrlənməsi materialları əsasında morfostruktur təhlili problemi üzrə tədqiqatlar aparmış və ölkəmizdən kənarda da yüksək qiymətləndirilən elmi-nəzəri və elmi-metodiki nəticələr əldə etmişdir. O, ölkəmizdə ilk dəfə olaraq morfostruktur təhlil istiqamətinə “xətti morfostruktur” və “morfostruktur düyünü” anlayışlarını gətirmiş və onların dağlıq ölkələrin morfostruktur quruluşundakı əhəmiyyətlərini elmi-nəzəri cəhətdən əsaslandırmışdır.

Elbrus Əlizadə elmi tədqiqatla yanaşı geniş pedaqoji fəaliyyətlə də məşğul idi. Bu barədə coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanov “Professor E.K.Əlizadənin ali və orta məktəblərdə coğrafiya fənninin tədrisində və təbliğində rolu” mövzusu ilə məruzə edib. O həmçinin, dostunu bir alim, bir insan kimi çox yüksək xarakterizə edərək, onu nəhəng bir aysberqlə müqayisə edib, çatdırıb ki, əgər onun elmi, biliyi aysberqin görünən tərəfidirsə, ürəyi, xasiyyəti görünməyən hissəsidir. Bildirib ki, Elbrus Əlizadə coğrafiya elminə böyük töhfələr vermiş görkəmli alimdir.

Sonra BDU-nun dosenti Nərminə Seyfullayeva, alimin tələbəlik dostu, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə, ADPU-nun kafedra müdiri, dosent Oqtay Alxasov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Mahirə Abbasova, BDU-nun kafedra müdiri, professor Tapdıq Həsənov  və başqaları E.Əlizadə  haqqında xatirələrini söyləyib, onun  müsbət insani keyfiyyətlərini, yüksək elmi potensialını, savadını, iş qabiliyyətini xüsusi vurğulayıblar.

Çıxış edən iştirakçılar  Elbrus Əlizadəyə Allahdan rəhmət diləyiblər.

Tədbirin sonunda mərhumun həyat yoldaşı, İnstitutun aparıcı elmi işçisi, c.ü.f.d. Sevil Quliyeva E.Əlizadə haqqında kövrək xatirələrini danışıb, onun haqqında xoş sözlər söyləyən, xatirəsini əziz tutan  hər bir iştirakçıya, eləcə də, göstərdiyi  diqqətə və qayğıya görə İnstitut rəhbərliyinə ailəsi adından dərin minnətdarlığını bildirib.

 

 

ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .
7.12.2016. Dekabrın 7-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında c.ü.f.d. Əliyev Ənvərin
Daha ətraflı . . .
Dekabrın 2-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Cəfərova Firuzə
Daha ətraflı . . .
Noyabrın 25-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasında ilk dəfə olaraq tibbi coğrafiya istiqamətində Solmaz İsaq qızı Rzayevanın
Daha ətraflı . . .