COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Mart 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

1.03.2017.

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun martın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarında  İnstitutun aparıcı elmi işçisi, c.ü.f.d. Mövlud Teymurov “Şəki-Zaqatala iqtisadi rayonunun daxili su ehtiyatlarının kənd təsərrüfatında istifadəsi  və 

su ilə təminatın yetərlik vəziyyəti” mövzusunda məruzə edib.

Məruzəçi 2004-2016-cı illərdə mədəni otlaqlar sahəsinin dağlıq-dəmyə ərazilər hesabına 12,4% (23,9 min ha) genişləndiyini, müxtəlif bitki növləri üzrə suvarma normalarını hesabladığını diqqətə çatdırıb.  Qeyd olunub ki, müxtəlif dövrlərdə fərqli aidiyyətli orqan və mütəxəssislər tərəfindən  bitkilərin suvarma normaları hesablanıb və bunlar əsasən bütün bitki növləri və daha iri ərazilər üçün nəzərdə tutulmuşdur. Yeni metodika əsasında təklif olunan normalar istənilən bitki növünün suvarma normasını ərazinin təbii şəraitindən asılı olmayaraq qiymətləndirilməsinə imkan verir.

Tədqiqatçı təklif etdiyi metodun bir sıra üstün cəhətlərini səsləndirib:

1. Daha asan yolla məlumatların nisbətən geniş hidrometeoroloji  və morfometrik kəmiyyətlər əsasında operativ və interaktiv şəkildə hesablanması;

2. Eyni vaxtda bir neçə metod təklif edilməsi daha əlverişli suvarma normasının hesablama yolunu seçmək imkanı;

3. Bu metodun istənilən fiziki-coğrafi şəraitə və ölçüyə malik ərazidə tətbiqi;

4. Hər hansı bitki üçün suvarma norması tapılırsa, keçid əmsalları ilə digər bitkilərin də normasını tapmaq imkanı.

Tədqiqatçının aldığı suvarma normalarının və onların  digər metodikalarla hesablanmış kəmiyyətləri ilə müqayisəsi yeni metodikanın daha çevik və suya qənaət baxımından səmərəli olduğunu üzə çıxarır.

Hazırda Şəki-Zaqatala iqtisadi rayonunda su istehlak sferalarının suya olan birgə tələbatı 702,6 mln.m³ olduğu halda, çay suları, yeraltı sular və hazırkı su anbarlarının birgə ehtiyatları 3849,2 mln.m³ təşkil edir. İqtisadi rayonun su istehlakçılarının tələbatı  onun mövcud daxili su ehtiyatlarının 18,3 % həcmində qiymətləndirilir ki, bu da qənaətbəxş sayılmalıdır.

 

ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .
7.12.2016. Dekabrın 7-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında c.ü.f.d. Əliyev Ənvərin
Daha ətraflı . . .
Dekabrın 2-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Cəfərova Firuzə
Daha ətraflı . . .
Noyabrın 25-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasında ilk dəfə olaraq tibbi coğrafiya istiqamətində Solmaz İsaq qızı Rzayevanın
Daha ətraflı . . .