COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Sentyabr 2013 > >>
Bz Çr Çr Cm Şn Bz
            1
2 3 4 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

rusiyanın irkutsk şəhəri

Coğrafiya institutunun şöbə müdiri  Gülalıyev Çingiz Gülalı oğlu elmin İnkişafı Fondunun 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsi  çərçivəsində elmi ekspedisiyada olmuşdur.

Elm sahələrinin qovşağında: Yer haqqında elmlər və aqrar elmlər sahəsi üzrə -iki istiqamətdə “torpaqşünaslıq və meteorologiya” Elmin İnkişafı Fondunun 1-ci mobillik qrantının qalibi kimi  Ç.G.Gülalıyev 29 iyul 2013-cü il tarixində  “Zaman və məkan daxilində  ənənəvi təbii mühitdən istifadə zamanı   fiziki-coğrafi proseslərin dəyişmə mexanizmlərinin öyrənilməsi  (tәcrübә mübadiləsi və yeni әlaqәlәrin qurulması baxımından)” layihə çərçivəsində  Rusiya Federasiyası, İrkutsk şəhəri,Rusiya EA Sibir bölməsi, Federal Dövlət büdcə təşkilatıV.B.Soçavı adına Coğrafiya İnstitutunda qısamüddətli elmi təcrübəkeçmədə olmuşdur.  

Layihədə qarşıya qoyulan öyrəniləsi məsələlər aşağıdakılardan ibarət olmuşdur:

- texnogen yüklənmə olmadan mezo və mikroiqlim dəyişikliklərinə yüksəkliyin və meşə biosenozunun təsiri;

- meşə  biogeosenoz komponentləri ilə torpaq örtüyü arasında çoxillik qarşılıqlı əlaqənin öyrənilməsi metodikası;

- “Landsat” kosmik aeroşəkillərdən istifadə edərək torpaq səthi temperatutunun ölçülməsi üsulunun mənimsənilməsi;

- Avtomatlaşdırılmış AMK-03 meteoroloji kompleksi; Modul-T torpaq-qrunt temperaturunun avtomatik monitorinqi stansiyası; proqramlaşdırılmış elektron datçik sistemləri:- termoxron və hidroxronlarla işləmək, alınan məlumatların analizi və tətbiqi üsullarına yiyələnmək.

 Təcrübəkeçmə müddətində Ç.G.Gülalıyev REA Novosibirski şəhərində yerləşən “Torpaqşünaslıq və Aqrokimya İnstitutu”nun “Torpaqların fiziki prosesləri” laboraoriyasında b.e.n., baş elmi işçi Aleksandr Valentinoviç Çiçulinlə hazırladıqları “Симметрийный анализ структуры почвенного покрова в гидротермическом пространстве” adlı məqalənin çapa son variantının müzakirəsini aparandan sonra həmin laboratoriyanın malik olduğu müasir çihazlarla tanış olmuşdur.

Rusiya Federasiyası, İrkutsk şəhərindəV.B.Soçavı adına Coğrafiya İnstitutunda layihədə nəzərdə tutulmuş plan əsasında ilk olaraq laboratoriyalarda (“Kompleks fiziki coğrafiya və landşaft xəritə çəkmə”, “landşaft geokimyası və torpaq coğrafiyası”, “Hidrologiya və klimatologiya” və “Geomorfologiya”) və İnstitutun stasionarlarında (Berezovski meşə-çöl stasionarı, Novonikolayevski çöl stasionarı və Tunkinski çökəklik stasionarı)  aparılan nəzəri və təcrübi işlərlə tanış olmuşdur.Qeyd etmək lazımdır ki, laboratoriya və stasionarlarda aparılan tədqiqat işləri əsasən  zaman və məkan daxilində  ənənəvi təbii mühitdən istifadə zamanı   fiziki-coğrafi proseslərin dəyişmə mexanizmlərinin öyrənilməsi istiqamətinə xidmət edən təcrübələr İnstitutda kompleks şəkildə aparılır. Stasionarlarda fiziki-coğrafi proseslərin təkamülü, idarə edilməsi və qorunması  mexanizmlərinin öyrənilməsi İnstitutun əsas aparıcı istiqaməti hesab olunur. İlk olaraq İnstitutun rəhbər işçiləri direktor- c.e.d., prof. Pilyusnin Viktor Maksimoviç və elmi hissə üzrə direktor müavinləri c.e.d., prof. Korıtnı Leonid Markusoviç, c.e.n.Vladimirov İqor Nikolayeviş və elmi katib c.e.n. Sorokovoy Andrey Anatoliyeviçlə  görüşərək ezamiyyənin məqsədi və görüləcək işlər barədə söhbətlər olmuşdur. Qısamüddətli təçrbəkeçmə və təcrbə mübadiləsinin effektli olması üşün onların təklifi ilə müvafiq istiqamətlər üzrə mütəxəssislərlə görüşlər olub.

 Laboratoriyalarla tanışlıqdan sonra İnstitutun Buryatiya respublikası, Tunkinski rayonu Arşan qəsəbəsində yerləşən stasionarında təcrbəkeçmə davam etdirilmişdir. Tunkinski çökəklik stasionarı 110 kilometr İrkutskdan qərbdə Arşan qəsəbəsinin şimal hissəsində  Tunkinsk dağarası meyillikdə yerləşir. Stasionarının tədqiqat sahəsinə Kınqarqi çay hövzəsi (İrkut çayı hövzəsinin bir hissəsi də daxil olmaqla)  və ona yaxın çaylararası sahələr daxildir. Stasionarda İnstitutun çöl tədqiqatları ilə məşğul olan bütün laboratoriya əməkdaşları kompleks şəkildə işlər aparırlar. Stasionarın ərazisi – 1059 kv. m., yerləşdirmə sahəsi isə - 65,2 kv. metrdir. Stasionarda meteoroloji müşahidələr aparmaq üçün (Stansiyanın geodeziya reperi, yüngül lövhəli flyuger, anemorumbometr, ağır lövhəli flyuger, buzbağlama cihazı, psixrometrik budka, qar ölçən, ehtiyat psixrometrik budka, meteoroloji görünüşü ölçən cihaz M-53, yağış ölçən, plyuvioqraf, helioqraf, buzölçən, şeh yazan, havanın və torpağın temperaturunu üç sahatdan bir olmaqla avtomatik qetyd edən termoxron və nəmliyi ölçən hidroxron və aktinometrik cihazlar) və torpaq- bitki  nümunələrinin ilkin işlənməsi üçün cihazlarla təmin olunmuşdur. Qısamüddətli təcrübəkeçmə nəzərdə tutulmuş mərhələlər üzrə yerinə yetrilmişdir.

Ç.G.Gülalıyev İrkutsk şəhərində təcrübəkeçmə müddətində bir neçə elmi müəssisələrdə - İrkutsk Dövlət Universitetinin “Torpaqşünaslıq və torpaq ehtiyatlarının qiymətləndirilməsi” kafedrasında, İrkutsk Kənd Təsərrüfatı Akademiyasında, Liminalogiya və Bitki Fizyalogiya və mühafizəsi institutunun “Aqroekologiya”  laboratoriyasında olmuş və onlarla torpaq tədqiqatları istiqamətində müştərək işlər yerinə yetirmişdir.  İrkutsk Dövlət Universitetinin “Torpaqşünaslıq və torpaq ehtiyatlarının qiymətləndirilməsi” kafedrasında apardığı müştərək işin nəticəsi olaraq “Удельное электрическое сопротивление целинных и освоенных почв юга Иркутской области” adlı məqalə “Cənub Federal Universiteti”nin elmi jurnalına çap olunmaq üçün təqdim olunub.

Qısa elmi təcrübəkeçmənin uğurlu başa çatması münasibəti ilə İnstitutun direktoru tərəfindən Ç.G.Gülalıyevə sertifikat təqdim olunmuş və elmi əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün AMEA ak.H.Ə.Əliyev ad.Coğrafiya İnstitutu ilə Rusiya Federasiyası EA Sibir filialı V.B.Soçavı adına İrkutsk Coğrafiya institutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

EİF-Mob-1-2013-1(7)-16/04/2 Saylı layihənin rəhbəri,

                                     Pirqulu coğrafi tədqiqatlar stasionarı şöbəsinin  rəhbəri   Çingiz Gülalıyev

 

xaçmaz rayonunun sahil zonası

«Xəzər dənizi problemləri» şöbəsi əməkdaşları 18 iyun – 27 iyun 2013 il tarixləri arasinda Xəzər dənizinin Xaçmaz rayonu sahil zonasında ekspedisiyada olmuşlar
Ekspedisiyanın məqsədi: Sahil xətti boyunca GPS ölçmələri ilə sahil xəttinin coğrafi koordinatlarını dəqiqləşdirmək;   Sahil zonasının ekoloji vəziyyərini qiymətləndirmək;

Ekspedisiyanın iştirakçıları və onların vəzifələri:

1.Qardaşov Rauf  Hacı oğlu – ekspedisiyanın təşkili və elmi tədqiqata rəhbərlik;

2.Əhmədov  Nazim  İsa oğlu – ölçmələrin aparılması və alınmış ölçmə nəticələrinin  informasiya  bazasına daxil edilməsinin təşkili;

3.Mustafayev  Namiq  Mübariz oğlu – GPS ölçmələrinin həyata keçirilməsi;

4.Əmənov Rauf  Rizvan oğlu - GPS ölçmələrinin həyata keçirilməsi.

 Ekspedisiya  zamanı görülən işlər:

1. Sahil zonasında sahil xəttinə yaxın 20 sabit dayaq nöqtə    seçilmiş və bu      noqtələrin coğrafi koordinatları   (en dairəsi , uzunluq dairəsi) GPS ilə ölçülmüşdür.

2. Bu nöqtələrin sahil xəttindən olan məsafələri ölçülmüşdür.
3.  Sahil zonasının ekoloji durumu vizual olaraq qiymətləndirilmiş və  ekologiyaya ciddi təsir edən amillər aşkarlanmışdır. 

 Sahil zonasının mənimsənilməsi və ekoloji durumu:

Müşahidələrimiz sahil zonasının mənimsənilməsinin plansız şəkildə baş verdiyini və ekoloji durumun acınacaqlı olduğunu göstərir.Sahil boyu uzanan şose yoluna paralel yaşil dağ yamacının təxminən üçdə biri məhv edilərək, yerində landşafla təzad yaradan turistik obyektlər və villalar inşa edilmişdir. Çimərlik zonasının da bərbad halda olduğu, plansız və zövqsüz şəkildə hasara alınaraq və ibtidai cimərlik ləvazimatı ilə təchiz edilərək müştərilərə aşağı səviyyədə xidmət göstərildiyi qeyd edilmişdir. Sahil zonasının qamışlıqla örtülü hissəsi istifadəyə yararsız olaraq qalır və yaxında yerləşən turistik və digər obyektlərin məişət tullantılarının atıldığı yerə çevrilir. 

f/r.e.d. Qardaşov R. 

qax-şəki

Mövzu:    Azərbaycanın düzən meşə ekosistemlərinin bioloji müxtəlifliklərinin deqradasiyası və bərpası  (2012-2016)

 İş:  Qanıx-Əyriçay vadisi meşə ekosistemlərinin bioloji müxtəlifliklərinin antropogen deqradasiyasi və bərpasi yolları  (2013-2014)

 2013-cü il iyun ayının 12-26-da institutun bir neçə əməkdaşı Qax və Şəki rayonlarında Qanıx-Əyriçay vadisi ərazisində təyin olunmuş istiqamətlərdə marşrutlar yerinə yetirərək müxtəlif dərəcədə antropogen transformasiyaya uğramış xarakterik sahələrdə gebotaniki təsvirlər aparmış, ağaclığın tuksasiya göstəriciləri - yaşı, doluluğu, orta hündürlüyü və orta diametrini təyin etmiş, meşəaltı kollar və ot örtüyünü, bir neçə yerdə torpaq kəsimləri qoyaraq təsvir etmiş və nümunələr götürmüşdür. Bitkilərdən herbarilər toplanmışdir.

Şəki rayonunda düzən meşə ekosistemləri daha çox antropogen deqradasiyaya məruz qalmışdır, "ləkələr" şəklində pozulmuş və seyrədilmiş ağyarpaq qovaq, uzunsaplaq palıd ağaclıqlarına təsadüf edilir.

Qax meşə təsərrüfatı ərazisində doluluğu 05-06 olan, nisbətən az deqradasiyaya uğrayan qızılağac, yalanqoz, ağyarpaq qovaq və uzunsaplaq palıd meşələrinin təsviri aparılmışdir. Palıd meşələri seyrəldilkcə deqradasiyaya uğrayaraq (doluluğu 02-03-ə endirildikdə)  ya sıx yemişan kollarıyla, digər ağac cinslərinin (xüsusən göyrüş) iştirakı ilə keçilməz cəngəllik yaradır, ya da sıx, keçilməz böyürtkan kolları, lianlar, zoğal, qara murdarça və didər kollarla örtülür.

Hazırda ekspedisiya zamanı toplanmış çöl tədqiqat materialları kameral təhlil olunur.                                                             

                                                                                                                    C.e.d:    M.Y. Xəlilov

 

quba

 Ekocoğrafiya   şöbəsinin əməkdaşları iyunun 15-dən 30-na kimi  “Böyük Qafqazın şimal-şərq yamacının orta dağlıq hissəsinin müasir ekocoğrafi problemləri (2011-2014-cü illər)” mövzusu ilə əlaqədar Quba rayonunda elmi ezamiyyədə olmuşlar.

Ezamiyyə zamanı tədqiq olunan ərazidəki təbii və antropogen pozulmalar yerində müşahidə edilmiş, meridianal (Altıağac, Quba və Qusar ərazisində) və hündürlük istiqamətləri üzrə qabaqcadan seçilmiş yarımstasionar meydançalarda fitokütlə ehtiyatı növbəti dəfə hesablanmış,  buradakı təbii və antropogen mənşəli dinamiki proseslər üzərində müşahidələr davam etdirilmiş, bəzi sürüşmə  yerlərində deformasiyaya məruz qalmış qruntun  kütlə ehtiyatı  hesablanmışdır. Müvafiq sahələrin fotoşəkili və ilkin variantda sxemləri çəkilmişdir. 

 

 

 

 

 

 

 

 

     

Səkil: 1,2  Altıağacda yay otlaqlarında müşahidələr

 

 

 

 

Şəkil:3 Təbii pozulma nümunələrindən biri. (Quba, Xınalıq kəndinin ətrafı )

 

 

 

 

 

 

 

 

 Şəkil 4.Şahdağ qış-yay turizm kompleksi tikintisində antropogen pozulmalar.

 

 

 

 

 Şöbə müdiri, c.e.n.Ə.A.Əliyev

 

şəki-qax

Azərbaycan torpaq ehtiyatları coğrafiyası  şöbəsinin əməkdaşları İnstitutun plan işlərinə daxil edilmiş ”Acınohur (Türyançay-Qanıxçay arası) torpaqlarının morfogenetik pozulmaları və onun qiymətləndirilməsi” mövzusu ilə əlaqədar 12 iyundan 01 iyula qədər 20 gün müddətinə Şəki və Qax rayonlarına ezam olunmuşlar.

Ezamiyə müddətində aşağıdakı çöl-tədqiqat işləri yerinə yetirilmişdir: tədqiqat rayonu daxilində üç marşrut (Türyançay-Kürmükçay arası vadi torpaqları; Qax-Yazı-Sarıca-Acınohur; Şəki-Daşüz) üzrə təxminən 45-50 min ha sahədə torpaq tədqiqatı işləri aparılmışdır. Bu zaman müqayisəli coğrafi metod əsasında 50 torpaq kəsimi qoyulmuş, təkrar olmayan, xarakter kəsimlərdə genetik qatlar üzrə morfoloji təsvirlər edilmiş və analiz üçün torpaq nümunələri götürülmüşdür. Relyef və yamacların baxarlılığı nəzərə alınmaqla, yerüstü yaşıl biokütlə öyrənilmişdir. Qoyulmuş torpaq kəsimlərinin yeri CPS noviqator vasitəsilə koordinatları təyin edilmiş və planşet üzərinə köçürülmüşdür.

Komeral işlər zamanı çöl şəraitində toplanılmış materiallar nəzərdən keçirilərək, laboratoriya üçün nəzərdə tutulmuş nümunələr dəqiqləşdirilmişdir.

Tədqiqat öncəsi planlaşdırılmış çöl işləri yerinə yetirilmişdir.

                                

 

 

 

 

 

 

 

 

 

 

     şöbə müdiri, k/t.e.n. İ.Ə.Quliyev

 

gəncə

Paleocoğrafiya şöbəsininəməkdaşları - Ələsgərov Bayram (ekspedisiyanın rəhbəri), Vəliyev Seyran, Əliyev Aliyar, Xəlilova Ülviyyə 15 gün olmaqla, iyun ayının 15-dən 30-na qədər Gəncə şəhəri və onun ətraflarında (Göygöl,  Şəmkir, Gədəbəy rayonları) tədqiqat işləri aparmışlar.

Ekspedisiya müddətində göstərilən rayonların ərazisində paleocoğrafi tədqiqatlar aparmaq məqsədilə həmin ərazilərdə bir sıra kəsilişlər çıxarılmış, palinoloji analizlərin aparılması üçün nümunələr götürülmüşdür. Xüsusilə basdırılmış torpaq horizontlarının formalaşdığı kəsilişlər çox məlumat saxladıqlarına görə onlardan daha çox nümunələr götürülmüşdür.

Gədəbəy rayonunun Slavyanka kəndi yaxınlığında qalınlığı 2,5-3,0 m olan torf horizontu aşkar edilmişdir. Tərkibində çox sayda qamış gövdəsi, qamış yarpaqları, oduncaq qırıntıları müşahidə edilmiş və torf horizontundan nümunələr götürülmüşdür.

Çöl tədqiqatları zamanı müəyyən edilmişdir ki, Eopleystosendə Azərbaycanın ərazisində isti və rütubətli iqlim şəraiti hakim olmuşdur və Kür çökəkliyində həmişəyaşıl bitkilərdən dəfnə, dəfnə-albalı, həmişəyaşıl, Aralıq dənizi tipli palıd, mimoza, evkalipt və bir çox həmişəyaşıl sarmaşıqlar geniş yayılmışdır.

Erkən Pleystosendə baş vermiş qlobal soyuqlaşma Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində (2000 m-dən yuxarıda) buzlaşmaların formalaşması Azərbaycanın bitki örtüyü və heyvanlar aləmində ciddi dəyişikliklərə səbəb olmuşdur. Həmişəyaşıl bitkilər sıradan çıxmış və onları iynəyarpaqlı və soyuq iqlim şəraitində bitən tozağacı əvəz etmişdir.

Yuxarıda qeyd etdiyimiz paleocoğrafi şəraitin bərpası çöl tədqiqatlarına əsasən aparılmışdır. Götürülmüş nümunələrin təhlili daha dəqiq məlumatların əldə edilməsinə imkan verəcəkdir.

şöbə müdiri  c.e.d., prof. B.C.Ələsgərov

                                                                         

Naxçıvan MR

      Akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu geomorfologiya və təbii risklər şöbəsinin bir qrup əməkdaşı - şöbə müdiri, c. e.d. Tanrıverdiyev X. K, baş elmi işçi, c. e. d. Xəlilov H. A, aparıcı elmi işçilər, coğrafiya üzrə fəlsəfə doktorları  Səfərov A. S. və Abdullayev R. S. şöbədə plan üzrə yerinə yetirilən “Naxçıvan MR ərazisinin ekogemorfoloji xüsusiyyətlərinin  öyrənilməsi “ mövzusu ilə əlaqədar olaraq 2013-cü il iyun ayının 13-dən 27-ə qədər (15 günlük) ərazidə ekspedisiyada olmuş və Heydərabad, Şərur, Kəngərli, Şahbuz, Babək, Culfa, Ordubad rayonları ərazisində çöl tədqiqat işləri aparmışlar.

    Ekspedisiya zamanı ərazidə ekogeomorfoloji şəraiti müəyyənləşdirən və müxtəlif dərəcəli ekogeomorfoloji gərginlik yaradan amillər  -  ayrı-ayrı relyef formalarının (morfostrukturların və morfoskulpturların) geoloji strukturlarla qarşılıqlı münasibəti, onların morfoloji əlamətləri struktur-litoloji xüsusiyyətləri, ekzodinamik proseslərin tipləri, xarakteri və intensivliyi, ərazinin parçalanma dərəcəsi tədqiq edilmiş və bir sıra kartoqrafik materiallar tərtib edilmişdir.

şöbə müdiri, c.e.d. X.K. Tanrıverdiyev 



 

Ceyranşöl, yarımsəhra                                                                      Dəmirağac

    

ceyrançöl

 “Landşaftşünastlıq və landşaftplanlaşdırılması” şöbəsinin əməkdaşları – a.e. işçiləri İsmayılov  Mirnuh Cavad oğlu (ekspedisiyanın rəhbəri), Yunusov Müseyib İdris oğlu, Məmmədbəyov Elxan Şərif oğlu, Zeynalova Səidə Maarif qızı və Rüstəmov Qalib İsaq oğlu 2013-il avqust ayının 4-dən 18-nə kimi institutun elmi-tədqiqat planına uyğun olaraq Ceyrançöl alçaq dağlığının şərq hissəsində ekspedisiyada iştirak edib elmi tədqiqat aparmışlar.

Tədqiqatlar nəticəsində qeyd olunan ərazinin ilk  1: 100000 miqyaslı landşaft xəritəsi tərtib edilmiş və geosistemlər təbii ehtiyat potensiyalına görə qruplaşdırılmışdır. Bundan başqa “Eldar şamı” Dövlət  Təbiət qoruğunda arid meşə ekosistemlərinin struktur-funksional  xüsusiyyətləri, biomüxtəlifliyi, dayanıqlıq dərəcəsi, fitokütlənin məhsuldarlığı, təbii ehtiyat potensialı öyrənilmiş və ətraf ekosistemlərlə müqayisə əsasında landşaftların antropogen transformasiyalarının əsas təmayülləri müəyyən edilmişdir. Ekspedisiya zamanı instrumental müşahidələr aparılmış, bitgi və torpaq nümunələri götürülmüşdür.

c.e.n. İsmayılov M.C.

 

şəki, qəbələ, oğuz

2013-cü ilin iyul ayının 1-dən 10-dək Coğrafiya İnstitutunun “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin əməkdaşları, baş elmi işçi Nəriman Paşayev, böyük elmi işçi Natella Zəkiryəyeva, böyük elmi işçi Günəş Ağakişiyeva, “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbəsinin əməkdaşları, şöbə müdiri, baş elmi işçi Nizami Əyyubov, aparıcı elmi işçilər Zakir Eminov və Rövşən Kərimov Şəki, Qəbələ və Oğuz rayonlarında ezamiyyətdə olmuşlar. Ezamiyyətin məqsədi həmin rayonlarda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın və digər təsərrüfat sahələrinin vəziyyətini, əhalinin məskunlaşması və demoqrafik inkişafla bağlı problemləri öyrənməkdən ibarət olmuşdur. Əməkdaşlar əvvəlcə Qəbələ, sonra Oğuz, daha sonra isə Şəki rayonlarında dövlət strukturlarının nümayəndələri və yerli ictimaiyyətlə bir sıra görüşlər keçirmiş, sənaye müəssisələrində olmuşlar.

İnstitutun əməkdaşları rayonlarda olarkən icra hakimiyyətlərinin iqtisadi və sosial məsələlərlə məşğul olan şöbələri tərəfindən qəbul edilmişlər. Rayonlarda görülən işlər, 2008-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər, yaşayış məntəqələrinin inkişafı məsələləri barədə elmi işçilərə ətraflı məlumat verilmişdir. “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” və “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbələrinin əməkdaşları həmçinin üç rayonun statistika idarələrində və bəzi sənaye müəssisələrində olmuş, rayonlar üzrə ən son iqtisadi və demoqrafik göstəriciləri əldə etmişlər.

 şöbə müdirləri :c.e.n.N.Paşayev və

c.e.n.N.Eyyubov

 

 

 türyan- pirsaat  çaylararası  ərazisi

Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin bir qrup əməkdaşı 16-30 iyun 2013-cü ildə  “Dağ çayları axımı, su ehtiyatları və insanın təsərrüfat fəaliyyəti” mövzusu üzrə (2012-2014) Böyük Qafqazın Dəmiraparan-Pirsaat çaylar arası ərazidə işlər aparmışlar.

Ezamiyyət dövründə məqsəd ərazinin ən iri çayları – Daşaqıl, Dəmiraparan, Göyçay,  Girdiman, Ağsu çayları haqqında yeni materiallar əldə etmək  və çayların axımına insan fəaliyyətinin təsirini çöl şəraitində aşkar etmək olmuşdur. Aparılan tədqiqatlar göstərir ki, çaylardan suvarma məqsədilə götürülən su ölçmə məntəqələrindən aşağıda baş verir və qeydə alınır. Lakin çayların aşağı və orta hissələrindən götürülən su həcmi heç yerdə qeydə alınmır və su ehtiyatlarının hesablanmasında çətinlik yaradır.

Bu il ezamiyyət zamanı güclü yağışlar müşahidə edilirdi, çaylar gur sulu idi. Ona görə ekoloji cəhətdən su çatışmazlığı hiss edilmirdi. Lakin çay məcralarında – Dəmiraparan, Daşaqıl, Girdiman - qravi zavodlarının tikilməsi və məcradan böyük miqdarda tikinti materiallarının götürülməsi çayların öz məcrasını tez-tez dəyişməsinə gətirib çıxarır və sel zamanı çayın istiqamətindən asılı olaraq yeni-yeni ərazilərin gətirmələrlə basılmasına səbəb olur. Bu işlər çayların yuxarı hissələrində də - Lahıc, Qalacıq və s.-də baş verir.  Əldə edilmiş ölçü materialları üzərində ezamiyyə müddətində kameral işlər də aparılmışdır.

Ekspedisiyanın çətinlikləri mövcud idi. Bu da ondan ibarətdir ki, biz daima maşın tapmaq üçün çox vaxt itirirdik. Bir çayda iki günlük işi çətinliklə bir günün ərzində yerinə yetirirdik. Çünki uzun məsafəni bir də gedib-gəlmək həm vaxt, həm də vəsait tələb edir.

Ona görə İnstitutun müdiriyyətindən xahiş edirik ki, Akademiyanın maşın qarajını bərpa etmək haqqında vəsadət qaldırsın.

şöbə müdiri, c.e.d.  R. M. Qaşqay

ELMİ İCLASLAR

Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .
7.12.2016. Dekabrın 7-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında c.ü.f.d. Əliyev Ənvərin
Daha ətraflı . . .
Dekabrın 2-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Cəfərova Firuzə
Daha ətraflı . . .
Noyabrın 25-də Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasında ilk dəfə olaraq tibbi coğrafiya istiqamətində Solmaz İsaq qızı Rzayevanın
Daha ətraflı . . .