Qızıl medala layiq görülüb 2016-09-22 12:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünasıq şöbəsinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Şakir oğlu Rəhimov ''Avropa Nəşr Mətbuat Evi"nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Alim bu mükafata  milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti, ehtiyatları, meteoroloji şəraitin məhsulun keyfiyyətinə təsiri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə coğrafiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Coğrafiya İnstitutunun kollektivi Xəyyam müəllimi bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edir.