Sertifikatla döndülər 2016-09-23 12:24:00 / TƏDBİRLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Azərbaycanın təbii fəlakətlər atlasının yaradılması layihəsi çərçivəsində CİS xəritələri üzrə mütəxəssislər - elmi işçi, c.ü.f.d. Natavan Cəfərova və kiçik elmi işçi Elvin Əmrahov sentyabrın 21-22 də Gürcüstanın Tiflis şəhərində qəza riskinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş regional seminarda iştirak etmişlər.

Tədbir Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Üzrə Agentliyi ilə Azərbaycan FHN Su Resursları Agentliyi və AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Ukrayna, Belorus, Gürcüstan, Ermənistan və Moldovanın əlaqədar təşkilatlarının nümayəndələrinin əməkdaşlığı ilə təşkil olunub.

Seminarı keçirməkdə əsas məqsəd Avropa Şurasına üzv  dövlətlərin qabaqcıl təcrübəsinə əsaslanaraq qəza riskinin (meşə yanğınları, sürüşmələr, ekstremal iqlim şəraiti və zəlzələlər) elmi əsaslarla,  metodoloji qiymətləndirilməsi və onun tərəfdaş ölkələrdə fəal olaraq praktik  istifadəsinə başlamaqdan ibarətdir.

Seminar iştirakçıları öz ölkələrinin bu sahədə əldə etdikləri nəticələrlə bölüşmüş,   fikir mübadiləsi aparmış, yeni biliklər əldə etmişlər.

Gənc alimlərimiz seminardan sertifikatla geri dönmüşlər.