Elmi Şurada mühüm nəticələr və işə davamiyyət məsələləri müzakirə edilib 2018-12-05 16:55:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi Şurası keçirilib. İclasda İnstitutun 2018-ci il elmi tədqiqat işləri nəticəsində əldə olunmuş mühüm nəticələr  və  2019-cu il üçün elmi tədqiqat işləri planı müzakirə edilib.

İnstitutun kadrlar şöbəsinin rəhbəri Rəsul İsmayılov çıxış edərək AMEA prezidentinin elmi müəssisə və təşkilatlarda iş vaxtı uçotunun aparılması barədəki Sərəncamı ilə iclas iştirakçılarını tanış edib. Bildirilib ki, şöbə, bölmə, laboratoriya rəhbərləri rəhbərlik etdikləri sahələr üzrə işçilərin işə davamiyyətini “İş vaxtının uçotu tabeli” üzrə tərtib edib, müəyyən edilmiş məsul vəzifəli şəxsə imza etdirməklə, hər ayın axırıncı iş gününün sonunda Kadrlar şöbəsinə təqdim etməlidirlər.

 

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024