İlham Mərdanovun dissertasiya işinin müdafiəsi keçirilib 2018-11-23 16:07:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu  Dissertasiya şurasının növbəti iclasında İlham İldırım oğlu Mərdanovun  5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə coğrafiya üzrə elmlər doktoru  elmi dərəcəsi almaq üçün "Böyük Qafqazın yüksək dağlıq landşaft-torpaq komplekslərində ekzodinamik proseslərin təsirinin geosistem təhlili" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.

     İlham Mərdanova  coğrafiya üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.