Əməkdaşlarımız "Coğrafi imla - 2018" müsabiqəsində iştirak ediblər 2018-11-11 18:17:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun  əməkdaşları Rusiya Coğrafiya Cəmiyyətinin Beynəlxalq "Coğrafi imla - 2018"  müsabiqəsində iştirak edib.

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təşkil olunan yarış 8 auditoriyada keçirilib. Müsabiqə hər biri 15 sualdan ibarət olmaqla 2 hissədən ibarət olub. Kifayət qədər çətin sualların təşkil etdiyi müsabiqədə məktəb şagirdləri və tələbələrdən tutmuş müxtəlif müəssisə  və təşkilatların nümayəndələri - bir sözlə, arzu edən hər bir şəxs iştirak edib.

Tədbirin sonunda  iştirakçılara şəhadətnamələr verilib.

Əməkdaşlarımız müsabiqədə iştirak etdiklərinə və onlara öz biliklərini yoxlamağa imkan yarandığına görə razılıqlarını bildiriblər.