ArcGİS proqramı üzrə praktik məşğələlər keçirilir 2018-11-14 15:04:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibov ödənişsiz olaraq marağı olanlar üçün ArcGIS proqramı üzrə silsilə  praktik məşğələlər keçirir.
Coğrafiya İnstitutunun  konfrans zalında təşkil edilən 3 günlük təlimlərdə BDU Coğrafiya fakültəsinin tələbələri, AMEA Neft və Qaz İnstitutunun, eləcə də özəl şirkətlərin əməkdaşları və s. iştirak ediblər.  Növbəti məşğələ noyabrın 23-də Pedaqoji Universitetdə  keçiriləcək. 
Təlimləri keçirməkdə məqsəd doktorant, dissertant, magistr və bakalavrlara dissertasiya və buraxılış işlərinin hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında yol göstərmək, proqramın imkan və qabiliyyətləri ilə onları yaxından tanış etmək, həmçinin, coğrafiya, kartoqrafiya və coğrafi  informasiya sistemləri haqqında biliklər verməkdir.
Qeyd edək ki, Yaşar Nəsibov "ArcGIS I və II" səviyyəsi üzrə Türkiyə Respublikasının "Esriturkiye" şirkətinin təşkil etdiyi təlim kurslarında iştirak edərək 2001-ci ildə beynəlxalq dərəcəli sertifikat almışdır. Bundan əlavə, Y.Nəsibov bu ilin yayında Coğrafi İnformasiya Sistemlərinin proqram təminatlarından biri olan "MapInfo" proqram təminatı üzrə  Ankara şəhərində "Başarsoft Bilgi Teknolojileri” şirkətinin  “MapInfo Akademiyası”nda təşkil etdiyi “MapInfo Pro başlanğıc və irəli səviyyə” təlimlərində iştirak  etmiş və imtahanları müvəffəqiyyətlə verərək sertifikat almışdır.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024