Elmi seminarda Azərbaycan torpaqlarının xəritələşməsinə dair məruzə edilib 2018-11-07 16:54:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.

Akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib  prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin  hazırlanması məsələlərinə aydınlıq gətirən məruzəçi  ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət  xəritələrini nümayiş etdirib.