HİK-in növbəti büro iclası keçirilib 2018-09-18 15:41:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının növbəti büro iclası keçirilib. HİK sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra qarşıda duran vəzifələr, həmkarlar təşkilatının fəaliyyəti, büro üzvləri fəallığının artırılmasının vacibliyindən danışıb.

H.Haqverdiyev  oktyabrın 1-dən 25-dək AMEA Azad Həmkarlar İttifaqının təşkilatçısı olduğu  II Spartakiadanın keçiriləcəyi barədə məlumat verib,   Coğrafiya İnstitutu tərəfindən 11 əməkdaşın şahmat, dama və stolüstü tennis üzrə idman yarışlarında İnstitutu  təmsil edəcəyini diqqətə çatdırıb.

HİK sədri Elm festivalına, eləcə də  istehsal müşavirəsinin keçirilməsinə hazırlıqdan söhbət açıb.  O qeyd edib ki, müşavirədə HİK-in fəaliyyəti, perspektiv planları, elmi tədqiqat işlərinin aparılmasında həmkarların rolu, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və s. mövzular müzakirə olunacaq.

İclasda həmçinin,  əmək və sosial problemlərlə bağlı Cİ əməkdaşlarının müraciəti, ehtiyacı olanlara, eləcə də  yubileylərin qeyd edilməsinə ayrılmış maliyyə vəsaiti və əməkdaşlara putyovkaların verilməsi qaydalarına riayət olunması haqqında,   yarmarkaların təşkili və   digər məsələlər müzakirə edilib.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018