Cİ əməkdaşı Ankara şəhərində təlimlərdə iştirak edib 2018-09-12 12:36:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad.  Coğrafiya İnstitutu “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibov avqustun 3-dən 8-dək Ankara şəhərində Başarsoft Bilgi Teknolojileri” şirkətinin “MapInfo Akademiyası”nda təşkil etdiyi “MapInfo Pro başlanğıc və irəli  səviyyə” təlimlərində iştirak edib.

Təlimləri keçirməkdə məqsəd iştirakçıların “MapInfo Pro” proqram təminatının köməkliyi ilə coğrafi məlumatları analiz, redaktə və şərh etmək, məlumat bazası daxilində məkan məlumatları xüsusiyyətlərini araşdırmaq, xəritələrini yaratmaq və s. qabiliyyətlərə yiyələnməsidir. “MapInfo Pro” proqram təminatı yer quruluşu və kadastr, əmlak uçotu, kommunal xidmətlər, fövqəladə hallar, telekommunikasiya, neft və qaz, nəqliyyat və meşə təsərrüfatı işlərində geniş tətbiq edilir.

Sonda imtahanı müvəffəqiyyətlə verən Y.Nəsibova sertifikat təqdim edilib.