Layihəyə start verildi 2018-09-03 12:39:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi üzrə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlığı çərçivəsində  həyata keçirilən “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsinə start verilib. Ağdaş və Mingəçevir şəhərlərində icrasına başlanan layihənin plana uyğun olaraq daha sonra Bərdə və Yevlax şəhərlərində davam etdirilməsi nəzərdə tutulur. Coğrafiya müəllimlərinin cəlb olunduğu təlimlər hər rayon üzrə 50 akademik saat müddətində keçiriləcəkdir.

Layihənin rəhbəri Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin coğrafiya müəllimi Camal Bərxudarov, təlimçi-koordinatoru c.ü.f.d. Aqil İsayev, eksperti c.ü.f.d. Qalib Rüstəmov, təlimçilər isə Coğrafiya İnstitutunun əməkdaşları Yaşar  Nəsibov və Emil Cəbrayılovdur.

Layihənin keçirilməsində məqsəd region müəllimlərinin informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə Coğrafi İnformasiya Sistemləri üzrə baza biliklərinin, bacarıqlarının inkişaf etdirilməsi və coğrafiya dərslərində effektiv üsullarla tətbiq olunmasıdır. Təlimlərin keçirilməsi ixtisas müəllimlərinin böyük marağına və diqqətinə səbəb olmuşdur.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024