Cİ vikipediyaçıları "AXC ayı"nda 4-cü və 8-ci yerləri bölüşdürüblər 2018-06-14 15:47:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak.H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun vikipediyaçıları Vikipediyada mövzulu ay layihəsi çərçivəsində AXC-nin  100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti ayı" nəticələrini əks etdirən tədbirdə iştirak ediblər.

MEKdə keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı görülən işləri yüksək qiymətləndirib, "elektron kitabxana" adlandırdığı Vikipediyanın bir güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb.

MEK direktoru, t.ü.f.d.  Leyla İmanova Vikipediya Metodik Mərkəzinin "AXC-100" mövzusuna verdiyi töhfədən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş digər işlərdən danışıb, "Azərbaycan Xalq Cümhuriyyəti ayı"nın nəticələri ilə bağlı müsabiqə qaliblərini təbrik edib.

Bu ayda iştirak etmiş Cİ-nin Viki qrup üzvləri Həlimə Əhmədzadə 4-cü , Aida Aslanova 8-ci yerə layiq görülmüşlər.  Vikiçilər mükafatlandırılaraq, uyğun olaraq, fərqlənmə və  təşəkkürnamə ilə təltif olunmuşlar.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024