Cİ əməkdaşı YİF-in ilk seminarında iştirak edib 2018-06-05 18:36:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu  İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova Bakıda keçirilən Yaşıl İqlim Fonduna (YİF) Azərbaycan Respublikasının Hazırlığı Layihəsinin ilkin seminarında iştirak edib.

Bu layihə YİF ilə strateji iştirak çərçivəsinin müəyyən edilməsi, Milli Səlahiyyətli orqanın gücləndirilməsinə dəstək göstərilməsi, Azərbaycanın iqlim dəyişmələrinə təsirini və uyğunlaşma ilə bağlı tədbirləri həyata keçirmək potensialını artırmaq məqsədini daşıyır.

İlkin Seminarda uyğun nazirliklərin, Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaş Cəmiyyəti, özəl sektorlardan dəvət olunmuş nümayəndələr iştirak ediblər. Maraqlı tərəflərin və ekspertlərin iştirakı ilə iqlim dəyişmələri, ölkəmizin Yaşıl İqlim Fondu ilə əməkdaşlığı, bu əməkdaşlığın yolları və s. məsələlər barədə ətraflı çıxışlar və müzakirələr aparılıb.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024