Lənkəranda “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilcək. 2017-06-14 19:00:00 / KONFRANSLAR

     İyunun 16-17-də, saat 10:00-da  Lənkəran Dövlət Universitetində akademik H.Ə.Əliyevin 110 illiyinə həsr olunmuş “İnsan və  ətraf mühit münasibətləri” mövzusunda respublika elmi  konfransı keçirilcək.

     Tədbir AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət UniversitetiAzərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransda torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları,  çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, zəlzələlərin torpaqlara ekoloji təsiri, torpaq - bitki örtüyünün səth sularının formalaşmasında rolu,  turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan  qaldırılması yolları və s. mövzularda təqdimatlar olacaq.

Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinləniləcək, qərar layihəsi qəbul ediləcəkdir.

 

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017