Tədqiqatçımız DAAD-ın elmi tətqiqat qrantına layiq görülüb 2018-05-25 13:26:00 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın Akademik H. Əliyev adına Coğrafiya İnstitunun Paleocoğrafiya şöbəsinin elmi işçisi Elşən Abdullayev, Almaniya Federativ Respublikasının  Qrayfsvald Universitetində  “Şərqi Paratetisin Miosen çöküntülərinin gil mineralları və onların palaeoiqlimin və dəniz səviyyəsinin dəyişməsinin öyrənilməsində tətbiqi” mövzusunda elmi iş aparmaq üçün Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) elmi tədqiqat qrantına layiq görülüb. Həmin diplom Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri cənab Mixael Kindsqrab və DAAD-ın Bakı ofisinin rəhbəri xanım Stefanie Dufaux tərəfindən Elşən Abdullayevə təqdim olunub.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024