EŞ və ES-in növbəti birgə iclası olub 2018-05-23 17:50:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə  AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası olub. 

Aqrar üzrə fəlsəfə doktoru Vilayət Həsənov aqrar üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün  "Azərbaycanın allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və səmərəli istifadəsi" mövzusunda  yazdığı dissertasiya işi haqqında məlumat verib.  Şura üzvləri müəllifin gördüyü işləri yüksək dəyərləndirib, dissertasiya işinin əhəmiyyətini xüsusi qeyd ediblər.  Müzakirələrdən sonra təşkilatın müsbət rəyi qəbul edilib.

Sonra geologiya-mineralogiya üzrə fəlsəfə doktoru  Rəşid Fətəliyevin  “Lənkəran vilayətinin basdırılmış torpaqları” mövzusunda məruzəsi dinlənilib.

Tədqiqatçı Paleocoğrafiya şöbəsinin mövzu ətrafında  apardığı tədqiqat işinin hesabatına əsasən hazırladığı məruzəsində bildirib ki, Lənkəran təbii vilayətinin Dördüncü dövr (Xəzər, Xvalın və Holosen) yaşlı basdırılmış torpaqları tədqiq edilmiş, onların digər çöküntülər arasında stratiqrafik vəziyyəti müəyyənləşdirilmiş, mineraloji və palinoloji tərkibləri təhlil edilmişdir. Torpağın tərkibindəki karbonatlılıq və humusun miqdarının kəsimlər və torpaq təbəqələrinin dərinlikləri üzrə dəyişmə dinamikası və korrelyasiyası öyrənilmişdir. Alınmış nəticələr və mövcud məlumatlar əsasında tədqiqat ərazisində Xəzər, Xvalın və Holosen yaşlı basdırılmış torpaqların formalaşdığı paleocoğrafi şərait, o cümlədən həmin dövrün iqlimi və bitki örtüyü bərpa edilmişdir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018