18 İyul 2018, Çərşənbə axşamı
“Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib 2018-05-08 17:31:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun illik tədbirlər planına uyğun olaraq mülki müdafiə dəstələri ilə  “Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib.

     Məşqi keçirməkdə məqsəd fövqəladə halların qarşısını almaq, hadisə baş verərsə,  “Toplanış” və “Xəbərdarlı” siqnalı alındığı zaman şəxsi heyətin davranış qaydaları təcrübısini artırmaq, bacarıqlarını təkmilləşdirmək, hazır vəziyyətə gətirilməsini öyrənməkdir.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov  məşqin keçirilməsinin əhəmiyyətindən danışıb, xəbərdarlıq “Toplanış” məşqinin xüsusiyyətləri haqqında məlumat verib.

İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında təlimat verib. Ümumi təlimatlardan danışan qərargah rəisi fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.

Məşq əyani olaraq təhlükə (yanğın, zəlzələ, radiasiya və s.) siqnallarının nümayişi ilə müşayiət olunub.

Tədbirin sonunda qərargah rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018