Xeyirxah ziyarət 2018-03-20 16:44:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında yaşayan İnstitutun keçmiş işçisi, 85 yaşlı Nərgiz Rəhimbəyovanı sevindirmək, bayramını təbrik etmək məqsədilə onu ziyarət etmişlər.

N. Rəhimbəyova göstərilən diqqət və qayğıya görə Coğrafiya İnstitutunun rəhbərliyi və kollektivinə təşəkkürünü bildirmişdir.