Bakıya ezam olunmuş avstriyalı alimlərlə görüş keçirilib 2018-04-09 13:28:00 / MÜHÜM HADİSƏLƏR

Aprelin 6-da  AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Miosen dövrünün paleocoğrafi şəraitini öyrənmək məqsədi ilə Avstriyanın Montan və Qraz Texnologiya Universitetlərindən Bakıya ezam olunmuş  əməkdaşların  iştirakı ilə görüş keçirilib.

Akademik Ramiz Məmmədov görüş iştirakçılarını salamlayaraq, tədbirin  bu 3 elmi müəssisə arasında elmi və təcrübi əməkdaşlığın inkişafına zəmin yaratdığını  diqqətə çatdırıb. 

4.5 saat davam edən mini konfransda “LightHouse” şirkətinin Azərbaycan bölməsinin dəstəyi ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin doktoru Andre Baldermann, Cİ-nin Paleocoğrafiya şöbəsinin rəhbəri, c.ü.e.d. Yelena Tağıyeva, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Şəfəq Bayramova, Montan Universitetinin Neft geologiyası bölməsinin rəhbəri, professor Reinhard Sachsenhofer və “BP Caspian” şirkətinin əməkdaşı  Nazim Abdullayev mövzu ilə əlaqədar məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018