19 Sentyabr 2018, Çərşənbə axşamı
Ci-də 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib 2018-03-07 15:59:00 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov çıxışında bu gün Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnək olduğunu, müdrikliyi, işgüzarlığı ilə tariximizdə parlaq səhifələr yazdığını vurğulayıb. Qadınlarımızın  cəmiyyətdəki bugünkü rolundan, mövqeyindən söz açaraq, onların həm mərd və cəsarətli, həm də qayğıkeş ana olaraq öz ailəsi üçün hər zaman dayaq və dəstək olduqlarını deyib.  R.Məmmədov bildirib ki,  ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermişdir. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

İnstitut rəhbəri çıxışının sonunda Coğrafiya İnstitutunun bütün qadın əməkdaşlarını bir daha təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb.

İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd edilmə tarixçəsinə işıq salaraq mahiyyət etibarilə bu günün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradıldığını diqqətə çastdırıb. O, qeyd edib ki, dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Azərbaycanda qadınların ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirakını xüsusi vurğulayaraq, onların  mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ölkə idmanının inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb.

C.ü.e.d. Rənabəyim Qaşqay, elmi işçi Luiza  Salayeva, a.ü.f.d. Tahirə  Salmanova, İnstitutun Gənc Alimlər Şurasının sədri, c.ü.f.d., Samirə Ələkbərova, elmi işçi Rəisə İsayeva və başqaları çıxış edərək İnstitut qadınlarının fəallığından, İnstitut rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğıdan söhbət açıblar, buna görə də rəhbərliyə qadın kollektivi adından minnətdarlıqlarını bildiriblər.

Tədbirin  so­nun­da  qa­dın­ əməkdaşla­ra bay­ram hə­diy­yə­si təqdim olunub.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018