Təcrübəçi tələbələrə Bakı ərazisində baş verən sürüşmələr haqqında məruzə oxunub 2018-03-05 11:31:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dossent S.Ə. Tarixazər Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin istehsalat təcrübəsi keçən IV kurs tələbələri üçün “Böyük Bakı ərazisində (Masazır, Bayıl yamacı, Zığ, Yeni Günəşli, Əhmədli və s.) baş verən sürüşmələr” mövzusunda  mühazirə ilə çıxış edib. Məruzə zəngin material - fotoşəkillər, video çarxlar və xəritələrlə müşayiət olunub.

S.Tarixazər sürüşmələrin baş verməsində təbii amillərlə yanaşı antropogen təsirin rolunun da böyük olduğunu diqqətə çatdırıb.  O,  eyni zamanda, Böyük Bakının ekogeomorfoloji gərginlik və potensial sürüşmə təhlükəli zonaları  haqqında da danışıb və qeyd edib ki, bunlar gələcəkdə kütləvi şəkildə yaşayış və sənaye müəssisələrinin salınacağı ərazilərdir. 

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018