Elmi şurada tədqiqat işlərinin planı təsdiq edilib 2018-01-18 10:31:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclasında 2018-ci il ildə icrasına başlanan elmi tədqiqat işlərinin aşağıdakı planı təsdiq edilib:

  1. “Azərbaycanın aran zonası toponimlərinin tədqiqi”, rəhbər – c.ü.f.d. Mahirə Abbasova.
  2. “Böyük Qafqazın cənub-şərq hissəsinin landşaft və demoqrafik göstəricilərinin tədqiqi”, rəhbər – c.ü.f.d. Şamil Əzizov.
  3. “Azərbaycanın ekogeomorfologiyası” monoqrafiyası”, - rəhbər – c.e.d. Hüseyn Xəlilov.

 Sonra İnstitutun həmkarlar komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev Qanlı Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir haqqında məlumat verərək  qeyd edib ki, yanvarın 19-da bu münasibətlə konfrans zalında yığıncaq keçiriləcək.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018