EŞ-in iclasında Avrasiya CİS-konfransı və B.Budaqovun 90 illiyinə hazırlıq müzakirə olunub 2018-01-11 06:08:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu  Elmi şurasının  növbəti  iclası keçirilib.           

İnstitut rəhbəri R.Məmmədov 2018-ci il sentyabrın 4-dən 7-dək Bakıda keçiriləcək “Avrasiya CİS-konfrans 2018” haqqında məlumat verib, bildirib ki, Türkiyə Səlcuq Universitəsi  və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbir CİS-lə maraqlanan tədqiqatçıları bir araya toplayacaq. Konfrans elmi, praktik təcrübə mübadiləsinin asanlaşdırılması, gələcəkdə həyata keçiriləcək  birgə tədqiqatlarda perspektiv yanaşmalar və  qarşılıqlı elmi-mədəni əlaqələrin inkişafı məqsədini daşıyır.

Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev görkəmli elm xadimi, coğrafiyaşünas alim, Azərbaycanda landşaftşünaslıq elminin bünövrəsini qoymuş, akademik Budaq Budaqovun 90 illik yubileyinin keçirilməsi haqqında məlumat verib. Akademik Ramiz Məmmədov böyük alimin Azərbaycan coğrafiyasıının  inkişafındakı xidmətlərini, eləcə də bir elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətini, geniş elmi yaradıcılığını  bir daha yada salaraq, xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirəyə çıxarıb. Qərara alınıb ki, Bakı şəhərində akademik Budaq Budaqovun büstünün qoyulması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.

İclasda həmçinin Türk dünyası coğrafiyasının hazırlanması ilə əlaqədar və digər məsələlər müzakirə olunub.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018