18 İyul 2018, Çərşənbə axşamı
Elmi iclasda Lənkəran-Astara zonasında turizmin vəziyyəti haqqında məruzə dinlənilib 2017-12-14 12:58:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə. Əliyev ad. Coğrafiya İnstitutunun  Elmi seminarı ilə Elmi şurasının növbəti  birgə iclasında  Səbuhi Talıbovun  “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda ekskursiya xidməti və turların təşkili imkanları” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi yerli resurslardan səmərəli istifadə etməklə regionun turizm imkanlarının artırılması, onlardan səmərəli istifadənin yollarını tədqiq etmiş, turistlərin regiona cəlb olunması məsələsini araşdırmışdır. Tədqiqatçı   turist marşrutlarının, ekskursiya xidmətlərinin sayını artırmaqla turistlərin asudə vaxtının daha səmərəli istifadəsinə zəmin yaratdığını və bunun  gələn turistlərin sayının artmasına və onların qalma müddətinin uzadılmasına səbəb olduğunu  qeyd edib.  Tədqiqatın nəticələrinə görə müəyyən edilib  ki,  təklif olunan marşrutların PR-nın aparılması və canlandılması hesabına yay mövsümü dövründə gələn turistlərin gecələmə müddətini ən azı minimum 30% arıtmaq mümkündür.

Sonra akademik Ramiz Məmmədov bu ilin sonu  və 2018-ci il ərzində  keçiriləcək tədbirlər haqqında danışıb, görkəmli coğrafiyaşünas alimlər - akademik H.Ə.Əliyevin 110, akademik Budaq Budaqovun 90 illik yubileyləri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin ölümünün ildönümü və Azərbaycan Coğrafiya Cəmiyyətinin  qurultayı  ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018