Gənc Alim və Müfəxəssislər Şurasının sədri hesabat verdi 2017-12-07 06:18:00 / ELMİ İCLASLAR

Dekabrın 6-da  AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi şurasının iclasında ilk əvvəl İqlim və iqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Yusif Hadıyevin 60 illik yubileyi qeyd edildi.   Akademik Ramiz Məmmədov   bu münasibətlə yubilyarı  kollektiv adından təbrik etdi və ona can sağlığı, elmi fəaliyyətində uğurlar arzuladı.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının  sədri, c.ü.f.d. Samirə Ələkbərova  Şuranın illik fəaliyyəti haqqında hesabat verdi. Məruzəçi qeyd etdi ki, 2017-ci il ərzində İnstitutun Gənc Alim və Müfəxəssislər Şurasının İdarə Heyətinin üzvləri müxtəlif yönümlü elmi-kütləvi, mədəni, maarifləndirici və təşkilatı işlərdə fəaliyyət göstərmiş, çoxsaylı məqalələr çap etdirmiş,  müxtəlif profilli layihələrdə, eləcə də  bir sıra yerli və beynəlxalq konfranslarda iştirak və məruzələr etmiş,  mühüm  nailiyyətlər əldə etmiş,lər.   İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” ümumi adı altında kerçirilən seminar-məşğələlərin önəmindən danışan  Şura sədri bildirdi ki,  orta məktəb şagirdləri üçün silsilə şəklində keçirilən seminar-məşğələlər Azərbaycanın müxtəlif regionlarının unikal təbiət möcüzələri, tarixi-mədəni abidələri haqqında müxtəlif video görüntülərin və İnstitutun çoxsaylı alimləri tərəfindən müxtəlif dövrlərdə çəkilmiş şəkillərin nümayişi, coğrafi informasiya sistemlərini tətbiq etməklə müasir texnologiyalarla aparılan tədqiqatların nəticələri haqqında ətraflı məlumatların şərh olunması kimi əhəmiyyətli mövzuları əhatə edir.  O həmçinin qeyd etdi ki,  seminar-məşğələlərin keçirilməsində əsas məqsəd yurdumuz haqqında şagirdlərə daha dərin məlumat vermək, onların coğrafiya elminə olan marağını artırmaq, gələcək peşə seçimində onlara dəstək olmaqdan ibarətdir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024