Coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun 75 yaşı tamam olub 2017-11-03 05:25:00 / MÜHÜM HADİSƏLƏR

Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun 75 yaşı tamam olub.

Bu münasibətlə  İnstitut rəhbərliyinin  kollektiv adından   yubilyara təqdim etdiyi təbrik məktubunu diqqətinizə çatdırırıq. 

ƏZİZ  HÜSEYN  MÜƏLLİM !

AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi SİZİ anadan olmanızın 75, Elmi-Pedoqoji fəaliyyətinizin 45 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, SİZƏ uzun ömür, can sağlığı və elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır.

Siz, 1966-cı ildə Azərbaycan Dövlət Universitetini mühəndis-geoloq ixtisası üzrə bitirərək Şimali Qazaxıstan geoloji ekspedisiyasında, sonradan Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında çalışmısınız. 1969-cu ildən etibarən isə AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunda  fəaliyyət göstərirsiniz;  1969-1971 – kiçik elmi işçı;  1971-1982 – baş elmi işçi;  1991-1994 – sektor müdiri;  1994-2003 – qrup rəhbəri; 2003-2007 – aparıcı elmi işçi vəzıfəsinə yüksəlmisiniz. 1980-cı ildə “Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostruktur təhlili” mövzusunda, 2004-cü ildə isə “Kicik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti” mövzusunda layiqli doktorluq dissertasiyası müdafiə etmisiniz. Həqiqətən Siz, ümumi geomorfologiya, paleogeomorfologiya, morfostruktur təhlil sahəsində və yeni tektonik hərəkətlərin geomorfologiyası, müasir ekogeomorfologiyanın nəzəri və təcrübi məsələlərinin tanınmış tədqiqatçısısınız.

Çoxşaxəli elmi yaradıcılıq fəaliyyətinizdə (1997-2009) “Azərbaycan Milli Ensklopediyasında” redaksiya rəhbəri, coğrafiya, geologiya, geofizika, ətraf mühit, ekologiya bölməsində redaksiya müdiri kimi faydalı işlərinizlə  mühüm yer tuturşunuz. Faydalı elmi nəticələrinizin, yeni ideyalarınızın yekunu çoxsaylı, fundamental elmi əsərlərinizdə öz əksini tapmışdır.

Əzəz Hüseyn müəllim!  SİZ hazırda AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunun ən qədim və aparıcı şöbələrindən olan “Geomorfologiya Və təbii rəsklər” şöbəsinə rəhbərlik edirsiniz.  SİZİN beynəlxalq elmi əlaqələriniz də miqyaslı və diqqət çəkəndir.

Bu gün də Siz, özünüzün zəngin elmi-təcrübi biliklərinizi, müasir elmin yeniliklərini Azərbaycanın ali məktəblərində gənclərimizə aşılayirsınız.  Azərbaycanda coğrafiyaçı-geomorfoloq gənc kadrların yetişməsində böyük əməyiniz var. Həmçinin AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun ixtisaslaşmış elmi şurasının üzvü, kiçik elmi şuranın sədrisiniz. Bunlar da sizin bilavasitə milli elmi dəyərlərinizdə və bir daha görkəmli tədqiqatçı nüfuzunuza xidmət edəcəkdir.

HÖRMƏTLİ HÜSEYN MÜƏLLİM!  Həqiqətən çoxillik elmi fəaliyyətinizi və   75 illik şərəfli ömür yolunuzun böyük hissəsini Azərbaycanda Coğrafiya elminin inkişafına və gənc coğrafiyaçı kadrların hazırlanmasına həsr etmisiniz. İcazə verin Sizi, bir daha bu şərəfli tarixi yaddaş günü münasibətilə ürəkdən təbrik edək, elmi yaradıcılıq yolunda Sizə möhkəm can sağlığı və yeni uğurlar diləyirik.

Hörmətlə:

 

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun

direktoru, akademik :                                    R.M. MƏMMƏDOV

 Hİ sədri:   c.ü.f.d.                                             H.T. HAQVERDİYEV                         

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024